CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonda məmurların yuxusu ərşə çəkilib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib - Sputnik Azərbaycan
Abunə olmaq
Adam başçıların əlində "domokl qılıncı"na çevrilmiş aparat işçilərinin vahiməli kölgələrini dağıdıb

Tural Məmmədov, Sputnik Azərbaycan

- Obyektinin sənədləşmə məsələsi nə yerdə qaldı?
— Demək olar ki, hazırdır. Bir neçə günə icra hakimiyyətindən yazılı icazə gələcək.
- Deməli, düz-qoş edib verdin?!
— Nəyi?
- "Şirinliyi"…
— Həəə. Yox, əşşi.
- Bəs…?
— Rüsum ödədim.
- Anlamadım…
— Hələ gəl, hər şeyi anlayacaqsan.

İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qazax-Kosalar avtomobil yolu açıldı

Əmioğlu bunu deyib qolumdan tutur, yaxınlıqdakı çay evinə doğru addımlayırıq. Yolboyu yeni tikilmiş 3 ticarət müəssisəsini göstərir, "tanış uşaqlardır, bir həftə öncə sənədlərini aldılar, şirinliksiz ha" deyir. Təbii ki, inanmadığımı başa düşür.

Arayış

Bura Qazaxdır. Paytaxtdan 500 kilometrə yaxın məsafədə yerləşən və doğulub-böyüdüyüm rayon. Dünən axşam gəlmişəm yurduma, aylar sonra.

Son zamanlar rayonda nəsə qeyri-adi ab-havanın hökm sürdüyü, ənənəvidən kənara çıxan proseslərin baş verdiyi haqda müxtəlif xəbərlər eşidirdim. Əlaqə saxladığım dost-qohumlar "yenisi gəlib" deyirdilər. Qəribə adam olduğunu anladırdılar.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib

Hətta, daha qabağa gedərək, "adam bir qəpik almır" deməyə cürət edənlər vardı. "O, gələndən alverimiz ölüb" deyən bəzi məmurların pıçıltısını da qulağım alırdı. Bir qisim isə əmin edirdi ki, "5-10 günə barıtı qurtaracaq".

Beləliklə

Qazax-Kosalar yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Altı min vətəndaşın arzusu çin oldu

Təxminən beş ay yarım bundan qabaq Qazax rayonuna yeni icra başçısı təyin olunur — Rəcəb Babaşov. O zaman yerli sakinlər "Sabirabad rayonundandır, biz tərəfə yad adamdır, Qazaxa bir xeyri dəyməz" deyirlər. Haqsız da olmurlar. İndiyədək gələnlərdən nə xeyir görüblər ki, bundan da görəydilər?! Hətta, onların arasında öz həmyerlimiz də vardı.

Lakin qəribə xarakteri ilə sələflərindən seçilən bu adam, gələn gündən ilk islahatını özündən başlayır — başçı stereotipini dağıtmaqla. Ətrafındakı "məmur kardonu"nu sökür, öncəki başçıların əlində "domokl qılıncı"na çevrilmiş aparat işçilərinin vahiməli kölgələrini dağıdır və vətəndaşlarla birbaşa təmas taktikasını tətbiq edir. Əhalinin gözündə əlçatmaz, ünyetməz rəhbər obrazı günü-gündən əriyir. Daha sonra isə…

"O, gələn gündən camaat şokdadır. İndi sənə desəm ki, bu rayonda bir idarə müdiri, bir icra nümayəndəsi, nə bilim hansısa məmur rüşvət almır, inanmayacaqsan. Desəm ki, hansısa sənəddən ötrü günlərlə dövlət idarələrinin qapısına ayaq döymək söhbəti bağlanıb, yenə inanmayacaqsan", — deyir əmioğlu.

R. Babaşovun daha bir "qəribəliyi" yuxusuna haram qatmasıymış: "Adam yatmır. Səhərdən gecəyarısınadək ərazidədir. Hansı kəndə gedirsən, ya qabağından gəlir, ya da səndən bir az qabaq orda olub. Həm də hara getdiyini kiməsə demir, qəfildən peydə olur. Onun gəlişindən xəbər tutub nələrisə ört-basdır etməsinlər deyə. Üstəlik camaatın toyunda-yasında da iştirak edir".

"Daxili imkanlar" dövrü bitib

"Şəhərdəki dəyişiklikləri, abadlaşmanı görürsən də", — deyir əmioğlu

— "Daxili imkanlar" hesabınadır? (gülürəm)

— Nəyin hesabınadır, bilmirəm. Amma bütün bu işlərin qarşılığında sahibkarlardan, obyekt yiyələrindən bir manat da pul alınmayıb. 

İlham Əliyev Qazax rayonuna səfərə gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Qazax rayonuna səfərə gedib

Kim kimi incidirmiş?

Rayona gedənədək qulağım aldığı xəbərlər içində "qəddarlıq edir, camaata dinclik vermir" pıçıltıları da vardı. Amma onun dinclik vermədiyi adamlar heç də süddən çıxmış ağ qaşıqlar deyillərmiş. Yəni:

"Xırda məmurlar var e — özlərini ağa sayanlar, onların dincliyini əllərindən alıb. Qabaqlar bir sənədimizə möhür vurdurmaq üçün, idarə müdirlərinin Bakıdan-Şəkidən dönməsini həftələrlə gözləyirdik, gələndə isə öz vəzifəsini yetirərdilər, ya yetirməzdilər. Amma indi rayon ərazisindən kənara addımlarını ata bilmirlər. Nə vaxt qapılarını döysən, yerlərində tapırsan".

Əmioğlu deyir ki, bu adamı Qazaxa rəhbər göndərdiyi üçün, 100 min nəfərlik rayon əhalisinin duası Prezidentə yetər: "Adam, konkret olaraq sıravi sakinlərin dostuna çevrilib. Təsəvvür elə, başçının qəbul günü-saatı yoxdur. Rayon ərazisində harda qarşına çıxdısa, yaxınlaşıb sözünü deyə bilərsən və inan ki, bacardığı qədər sənin müşkülünü həll edəcək. Eləcə də idarədə olduğu müddətdə kim nə vaxt istəyirsə, birbaşa kabinetinə girir, dərdini danışır və çarəsini tapır".

Hətta, zarafata salıb, bəzi "jurnalistlərin" rayonlara "reydə" çıxdıqlarına da eyham vurur:

— Başçı bayaq "qaçqınlar şəhərciyi"ndə idi, oraları düzəltdirirdi. Sənin də bir istəyin varsa, gedək yanına.
— Qardaşım, mənim istəyim sənin bu danışdıqlarındır — camaatın istədiyidir. Camaatın yanında olanın Allah da yanında olar.

Xalq yazıçısı İsmayıl Şıxlının anım tədbiri keçirilib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq yazıçısının xatirəsi anıldı

7 ay öncə…

Aprel döyüşləri gedirdi. Bütün cəbhə boyu həyacan, gərginlik, şiddət yaşanırdı. Və xalq illər sonra yenidən "hər şey cəbhə üçün" amalı ətrafında birləşmişdi. Yuxarıdan qəti iradə, aşağıdan yüzminlərlə fədainin Vətən yolunda sipər edilmiş canı…

Hər kəs bacardığı formada VƏTƏNƏ borcunu, QƏLƏBƏYƏ qatqısını verməyə çalışırdı. Edirdi də. Və bu yolda ən mühüm missiyalardan, bəlkə də birincisi MİLLİ RUHUN diri qalması, dövlət-millət həmrəyliyinin davam etməsi, qələbəyə inamın zərrəcə azalmasının qarşısının alınması idi. Bu missiya da qələm əhlinin — medianın üzərinə düşürdü.

Qələmimi də götürüb Qazax rayonuna — cəbhə bölgəsinə yollandım. 7-dən 77-yə hər kəsin əsgər üçün, cəbhə üçün nəfəs alıb-verdiyi rayonumun insanları ilə bir arada olmaq, onların fədakarlıqlarını qələmə almaq niyyətindəydim. Ən önəmlisi — cəbhədə cərəyan edən hadisələrlə bağlı yanlış, insanımızı ruhdan salacaq məlumatların yayılmaması üçün bir şeylər etməyə çalışırdım.

Və… Rayona çatıb bu niyyətimi açıqlar-açıqlamaz, gəlişimlə bağlı rayon icra hakimiyyətinə məlumat verməli olduğumu məsləhət gördülər. "Çox gözəl, bu müqəddəs missiyada mənə yardımçı olarlar" dedim və ürəklə Qazax Rayon İcra Hakimiyyətinə yollandım.

Veteran döyüşçülər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər

Məramımı anlatdım qapıdakılara. Başçı yerində yoxmuş. Olsaymış belə, onunla görüş istəyinin özü absurdmuş. Yəni, rəhbər hara, görüş hara? O zaman "müavinlərdən biri ilə görüşdürün" dedim. Onların da çox vacib işləri varmış. Məni etsə-etsə, hansısa şöbənin müdiri qəbul edə bilərmiş, amma onun da yanında adam varmış — nə zaman çıxacağı bəlli olmayan adam.

Dəmir bürokratiya ilə üzləşdiyimi anladım. Rəhbər öz ətrafını məmurlarla "minalamış", əhali ilə təması sıfır həddinə endirmişdi. İerarxik olaraq, ondan sonrakı məmurlar da sıravilərlə aralarındakı əlahəzrət uçurumun dərinləşməsinə öz töhfələrini vermişdilər.

Təbii ki, o zaman bunları qələmə almaq, savaş dövründə diqqəti başqa yerə yönəltmək kimi anlaşılardı. Ayrıca, zamanımızı buna ayırası da deyildik — öncə Vətəndi. Nəticədə kənar müşahidələrim və sıravi sakinlərlə söhbətim əsasında topladığım materiallarla paytaxta döndüm.

P. S.
Qələm təkcə ağ vərəqi qaralamaq üçün deyil, həm də qaranın altındakı ağı üzə çıxarmaq üçündür…

Xəbər lenti
0