CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Qazax rayonuna səfərə gedib

Abunə olmaq
Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib

BAKI, 19 okt — Sputnik. Prezident İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib. Sputnik xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prezident İlham Əliyevə abidənin ətrafında və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb.

Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir. Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib - Sputnik Azərbaycan
1/4
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib
İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
2/4
İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib - Sputnik Azərbaycan
3/4
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib - Sputnik Azərbaycan
4/4
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
1/4
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib
2/4
İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib
3/4
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib
4/4
İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib

Bundan sonra Prezident Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib. Təsərrüfatın yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq "Daş Salahlı" yarımstansiyasının açılış mərasimində də iştirak edib. Dövlət başçısına yarımstansiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni "Daş Salahlı" yarımstansiyası inşa edilib. "Daş Salahlı" son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4-cü, respublika üzrə isə 44-cü belə yarımstansiyadır.

Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, "Daş Salahlı" artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. O da bildirilib ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, "Azrosprominvest" müəssisəsini, "Mətanət A" şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək. Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verilib. Dövlət başçısı "Daş Salahlı" yarımstansiyasını işə salıb. Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verilib.

İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qazax-Kosalar avtomobil yolu açıldı

Nəhayət, dövlət başçısı Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib, binanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələri var.

Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvvəllərində", "Səməd Vurğun", "Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "müasir dövr" və "Azərbaycan XXI əsrdə" bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bugünədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb.

Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

Xəbər lenti
0