Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Futbol psixozunun arxasında nə dayanır?

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidFutbol azarkeşləri
Futbol azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun illər kütlənin şüurunu idarə etmək üçün düşünülən texnologiyalar içərisində futbol azarkeşliyinin öz yeri var.

Futbol psixozunun arxasında nə dayanır?
BAKI, 17 iyun-Sputnik. Həftənin ən isti xəbərləri futbolla bağlı olub. Daha doğrusu, oyun ətrafında baş verən hadisələrlə: Marseldəki azarkeş davası və onun nəticələri ilə. Sadə insanlar üçün fanatların davası eyni zamanda Suriyadakı, Donbasdakı hadisələrdən və digər qlobal problemlərdən daha maraqlıdır.

Təəssüf ki, Fransadan yayılan çoxsaylı reportajlarda futbol matçlarının nəyə görə səhnələşdirilmiş qanlı şoulara və kiminsə siyasət alətinə çevrildiyi haqda sual qaldırılmayıb.
Çoxdan məlumdur ki, böyük şoular kütlənin hakimiyyət tərəfindən əhliləşdirilməsi üçün əsas vasitədir. Kütlələrə nəzarət məsələsi həmişə güclüləri düşündürüb. Onlar bir çox üsullardan istifadə ediblər: köləlik, feodal asılılığı, inkvizisiya, soyqırım, siyasi repressiya və s. Lakin bunlar yetərincə səmərəli olmayıb, kütlə üsyan edərək bu sistemləri sıradan çıxarıb.

Футбол. Чемпионат Европы - 2016. Матч Англия - Россия - Sputnik Azərbaycan
YAZARLAR
Futbol bayramı davam edir
Hakim sinif (1-2%) və onun xidmət heyətinə (10-15%) aid olmayan əhalinin 80%-ə nə lazımdır? Kobud desək, qida və çoxalma imkanı. Qəbilə liderləri, kölə sahibləri, sənaye maqnatları və digər güc sahibləri qida bazarlarına nəzarəti ələ keçirərək kütlələrə manipulyasiya ediblər. Lakin onlar hər bir ayrı fərdin vicdanını və düşüncəsini ram edə bilməyiblər. Bu səbəbdən də onlar inqilabların qarşısını almaqda aciz olublar.

XXI əsr vəziyyəti kökündən dəyişdi: fərdləri idarə etməyə imkan verən texnologiya yaradıldı. Yüzminlərlə il heyvanların əhliləşdirməsi nəticəsində insanlar müəyyən funksiyalar yerinə yetirmək üçün nəzərdə tutulan xüsusi heyvan cinsləri yaratmağı öyrəndilər. İndi isə oxşar mexanizmi insanlara qarşı tətbiq etməyə çalışırlar. Məqsəd ondan ibarətdir ki, insanlar düşünmədən müəyyən əməliyyatları həyata keçirsinlər.

Kütləvi idarə olunan insanın formalaşması üçün istifadə olunan əsas alətlər internet və elektron avadanlıqlardır. Onlar bir çox insanlar üçün müəllimləri, tərbiyəçiləri və hətta valideynləri əvəz edirlər. Bu mexanizm uzaq Afrika ölkəsindən tutmuş ən müasir Avropa ölkəsinədək hər yerdə və bütün sahələrdə işləyir: yumşaq oyuncaq, sonra kompüter oyunları, ali məktəbdə təhsil və korporasiyada iş. İndi bəşəriyyətin böyük bir hissəsi könüllü şəkildə bu yol ilə hərəkət edir.

Avro-2016 futbol turnirinin rəsmi topu - Sputnik Azərbaycan
Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar
Şüurun idarə edilməsi güclülər üçün lazımsız olan "artıq" insanlardan davranışın dəyişdirilməsi ilə xilas olmağa imkan verir. Bu səbəbdən Qərb "demokratiya"sının ən əhəmiyyətli məsələlərindən biri gender siyasətinin dəyişdirilməsidir. LGBT hərəkatı, eynicinslilərin nigahı və övladlığa uşaq götürməsi, uşaqların erkən "cinsi tərbiyəsi" və digər oxşar üsullar da buna yönəlib. Əminəm ki, XXI əsrin müharibələri tək təbii ehtiyatlar və geosiyasi üstünlük üçün deyil, həm də gender məsələləri üzərində olacaq.

Hələlik isə kütlə insanına nəzarət olunan totalitar təriqət və ya idman klubunun üzvü olmağa imkan verilir. Əsas odur ki, o, futbol matçlarında adrenalin əldə etsin. Ona könüllü şəkildə flora və faunanın mühafizəsi ilə məşğul olmaq, müəyyən tədbirlərdə könüllü kimi iştirak etmək səlahiyyəti verilib. Lakin ona ədalətsiz dünya qanunlarının dəyişdirilməsinə çalışmaq qadağan olunub.

Xəbər lenti
0