Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan futbolunun gələcəyi sual altında

© news.milli"Qarabağ" futbol klubu
Qarabağ futbol klubu - Sputnik Azərbaycan
Abunə olmaq
17 yaşadək futbolçulardan ibarət yığmamızın Portuqaliya millisinə uduzması ölkə uşaq futbolu ilə bağlı problemləri yenidən gündəmə gətirib. Mütəxəssislər vəziyyətdən çıxmaq üçün bir neçə həll yolu təklif edirlər.

Azərbaycan futbolunun gələcəyi sual altında
BAKI, 6 may — Sputnik. Komandalarımızın az qala hər uğursuzluğundan sonra uşaq futbolu yada düşür. "Gəlin, bunlardan imtina edib, səviyyəli futbolçular yetişdirək" deyirlər. Amma bir qədər sonra hansısa təsadüfi uğur əldə edən kimi bu mövzu yenə yaddan çıxır.
Qarabag-Neftçi - Sputnik Azərbaycan
İDMAN
Məşhur futbol klubumuzda tənəzzül: veteranları nə məyus edib?

Ötən gün isə ölkədə uşaq futbolunun vəziyyəti ilə tanış olduq. Belə ki, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Avropa çempionatının ilk mərhələsində Portuqaliya millisi ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimiz 0:5 hesabı ilə uduzub.

Portuqaliya yığması ilə görüşdən sonra mətbuat konfransı keçirən baş məşqçi Təbriz Həsənov deyib ki, ən çox ehtiyat etdiyi erkən qol idi, o da oldu: "Belə rəqiblə oyundan sonra gərginlik öz sözünü dedi. Ən zəif oyunumuzu sərgilədik. Rəqib bizi hərtərəfli üstələdi. Hesab da oyuna görə oldu".

Bəs, görəsən Azərbaycanda uşaq futbolunu necə inkişaf etdirmək olar? Ümumiyyətlə uşaqlar futbola neçə yaşdan başlamalıdırlar?

Qol.az saytının redaktoru Aydın Bağırovun fikrincə, dünənki oyunda məğlubiyyət gözlənilən idi. Ölkədə uşaq futbolunun vəziyyətinə gəlincə isə o belə deyib: "Açığı, mən belə acınacaqlı məğlubiyyət gözləmirdim. Ümid edirəm ki, baş məşqçi növbəti oyunlarda məğlubiyyətdən nəticə çıxarar. Amma, ümumiyyətlə ölkədə uşaq futbolunun vəziyyəti çox acınacaqlıdır. Yəni bu sahədə inkişaf prosesi çox zəif gedir. Bizdə bu sahəyə cavabdeh olan kadr çatışmazlığı var".

Onun sözlərinə görə, bu istiqamətdə normal işlər görən klublardan biri Qəbələdir: "Onların böyük bir akademiyası var. Uşaq futboluna yetərincə böyük diqqət ayırırlar. Bu klubda çox ciddi işlər görülür. Elə bunun nəticəsidir ki, təkcə bu və bundan əvvəlki mövsümlərdə aşağı yaş qruplarında Qəbələnin 3 ya 4 komandası Azərbaycan çempionu olub".

"Bununla Bakı klubunda da yaxşı işlər görülmüşdü, onların da akademiyası var idi. Amma, o klubda son illər yaranan maddi problemlərə görə, bu komandanın akademiyasının dağılmaq təhlükəsi var. Dağılsa, orada 300-ə yaxın yeniyetmə futbolçunun taleyi qeyri-müəyyən olaraq qalacaq", — ekspert deyib.

A. Bağırov hesab edir ki, AFFA bu məsələ ilə məşğul olub Bakı klubunun akademiyasını xilas etməlidir: "Bu kimi məğlubiyyətlərdən nəticələr çıxarılmasa, ölkə futbolunu gələcək təhlükədən xilas etmək mümkün olmaycaq. 5:0 uduzan komanda 3-5 ildən sonra bizim əsas milli komandamız olacaq. Yəni biz ona o gözlə baxmalıyıq. Sadəcə uşaq fotbolu deyib keçməməliyik. Eyni zamanda biz bu cür hallarda ona köklənməməliyik ki, qələbə qazanıb, Avropa çempionu olmalıyıq".

"Uşaq futbolu nə üçündür? Yaxşı bir futbolçu yetişdirmək lazımdır, kubok qazanmaq yox. Uğur qazanmağı fikirləşmək lazım deyil. Milli komanda və klublar üçün yaxşı futbolçular yetişdirmək lazımdır ki, onlar da lazımi məqamda gəlib uğur qazansınlar. Uğurları böyük yaş qrupunda millinin əsas heyətində qazansın. Hər şeydən uşaq futbolundan başlayır", — Bağırov bildirib.

Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı

Məsələyə münasibət bildirən Kəpəz klubunun baş məşqçisi Şahin Diniyev hesab edir ki, uşaq futbolunun vəziyyəti bizi bir oyuna görə yox, həmişə narahat etməlidir: "Futbolun təməli uşaq futbolundan qoyulur. Sadəcə uşaqlar üçün böyük maddi-texniki bazanın olması vacibdir. Məşqçilər daha savadlı olmalıdır. Bu gün AFFA tərəfindən böyük kurslar keçirilir. A, B, C kateqoriyalı məşqçiləri öyrətməyə çalışırlar".

"Yəni yolun başlanğıcındayıq. Proseslər təzə-təzə başlayıb. Amma, bu işləri həyata keçirmək üçün dəqiq bir proqram olmalıdır. Uşaq futbolu olmadan futbolumuz olmayacaq. Maddi-texniki bazanın olmaması, savadlı məşqçilərin az olması, deyək ki, strukturun düzgün qurulmaması, hamısı bir-birinin üstünə gələrək bu kimi problemlərə gətirib çıxarır", — Diniyev qeyd edib.

Onun fikrincə, ölkə futbolunu bir klub üzərində qurmaq olmaz: "Bir klub Azərbaycan futbolunun gələcəyi demək deyil. Yaxşı futbolçu yetişdirmək üçün savadlı məşqçilər lazımdır".

Xəbər lenti
0