Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı

© Sputnik / Nina Zotina / Mediabanka keçidAvro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu
Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu - Sputnik Azərbaycan
Abunə olmaq
Sədrəddin Məmmədov: "İki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin"

BAKI, 30 yan — Sputnik. Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə "Report"a komandanın baş həkimi Sədrəddin Məmmədov məlumat verib.

Qəbələ futbol klubu - Sputnik Azərbaycan
İDMAN
Futbol klublarımızda oynayan əcnəbilərlə bağlı maraqlı statistika

S.Məmmədovun sözlərinə görə, 30 yaşlı müdafiəçi bu yaxınlarda ona müraciət edərək, dirsəyindəki şişin böyüdüyünü və iki aydır ağrılar hiss etdiyini bildirib: "Rüfət əvvəllər mənə bu haqda heç nə deməmişdi. Amma maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin".

Baş həkim hələlik şişin bəd, yoxsa xoş xassəli olmasına aydınlıq gəlmədiyini açıqlayıb. O, fevralın 1-də məlum olacaq analizlərin cavablarına əsasən, xəstəliklə bağlı mükahimə yürüdəcəklərini vurğulayıb.

Qeyd edək ki, Rüfət Musayev AZAL-a "Neftçala"dan transfer olub.

Xəbər lenti
0