Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Böhran parlamenti formalaşdırılmalıdır"

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: "Onların nə təcrübəsi, nə anlayışı, nə də istəyi var. Sizcə vəzifəyə gəlib bizim arzu etdiyimiz islahatları apara, nəyisə yaxşıya doğru dəyişə bilərlər? Onların ideyaları yoxdur. İdeyaları olmuş olsa belə, situasiyanın, bu status-kvonun dəyişməsi onlara heç cür sərf eləmir"

BAKI, 18 yan — Sputnik. Neftin qiymətlərinin aşağı düşməsi, manatın kəskin devalvasiyası Azərbaycanda böhran vəziyyəti yaradıb. Eyni problemləri başqa bir post-sovet ölkəsi — Qazaxıstan da yaşayır. Amma Qazaxıstan hakimiyyəti bu situasiya ilə əlaqədar olaraq, sosial islahatlarla yanaşı, ciddi siyasi islahataları da aparmağı qarşıya məqsəd qoyub. Hətta bu ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bəs Azərbaycan Qazaxıstandakı addımları ata bilərmi, yaxud atmalıdırmı?! Politoloq İlqar Vəlizadə Sputnik-ə müsahibəsində hər iki ölkədəki vəziyyəti müqayisəli şəkildə təhlil edib.

Astana - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qazaxıstan neft emalı həcmini 17 milyon tona qaldırmağı planlaşdırır

- İlqar müəllim, Qazaxıstanda nə baş verir, orada başlanan əhatəli islahatların arxasında nə dayanır? Və Azərbaycan bu addımları təkrar etməlidirmi?

— Qazaxıstanda həyata keçirilən islahatlar — "Millətin planı" adlanır və bu, 100 addımdan ibarət konseptual plandır. Bunu anti-böhran proqramı da hesab etmək olar. Orada çoxlu fövqəladə addımlar atılır və bu, yaranmış böhranı qısa müddətdə aradan götürməyə yönəlib. Qazaxıstanda elə məsələlər var ki, onları kor-koranə şəkildə götürüb Azərbaycana tətbiq etmək olmaz. Hazırda Qazaxıstanda kadr islahatları məsələsinə baxılır. Yeni kadrları gətirmək istəyirlər, mövcud kadrların attestasiyası keçirilir. Maraqlıdır ki, bu, Qazaxıstan üçün yeni bir şey deyil. İllər öncə də belə praktika olub. Qazaxıstanın nazirləri, digər vəzifəli şəxsləri tez-tez rotasiya olunurlar. Qazaxıstanda kadr islahatlarına cəmiyyət öyrəşib və bu, ciddi fəsadlar, problemlər yaratmır. Bizdə isə insanlar daha uzun müddət vəzifədə otururlar. Bizdə kadr islahatlarının belə keçirilməsi, əlbəttə müəyyən problemlərə gətirib çıxara bilər ki, o, çox vaxt texniki xarakter daşıyır. Qazaxıstanda vəzifəli şəxs 2-3 ildən sonra dəyişilir, yenisi ilə əvəz olunur. Belə vəziyyətdə hətta başçı olmasa belə, struktur öz-özlüyündə işləyir. Bizdə isə, son dövrlərdəki proseslər göstərdi ki, bir adam işdən çıxanda, onun arxasınca bu sahədə işləyən çoxlu adamlar da çıxır. Yəni böhran vəziyyəti yaranır. Hazırda bütün sahələrdə kadr dəyişikliyi başlasa, bu sahələr dayanacaq. Burada proses tədricən aparılmalıdır. 

- İnkişaf etmiş ölkələrdə oturuşmuş bir məmur institutu var. Dəyişəndə strukturun başındakı adam dəyişir, siyasət dəyişir, aparat isə işləməkdə davam edir. Bizdə isə bir nazir dəyişəndə, o nazirliyin süpürgəçisinə qədər hamı dəyişir. Sizcə, bizdə kadr islahatı necə getməlidir?

— Bizdə də Avropada, digər ölkələrdə olan bu sistemə keçidi təmin etmək lazımdır. Amma bizdə arada müəyyən bir mərhələ olmalıdır. Sonra mütləq o sistemə keçilməlidir. Kadr islahatları, yeni insanların gətirilməsi evalusion bir şəkildə keçirilməlidir. Söhbət təkcə yeni insanın gətirilməsindən getmir, həm də sistemin islahatından, müəyyən prosesin canlanmasından gedir. Bizdə sahələr üzrə belə bir proqram hazırlanmalıdır.

Министр экономики и промышленности Шахин Мустафаев - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda nazirliyin adı dəyişdirildi

- Qazaxıstanın böhrandan çıxmaq planları nədən ibarətdir? Yəni, Azərbaycanın edəcəyi ilk iş nə olmalıdır?

— Hazırda Qazaxıstanda neftdən asılılığı minimuma endirmək üzərində iş gedir. Qazaxıstanda bəzi addımları gecikmiş hesab edirlər. Bəzi addımlara da öz ekspertləri tənqidi yanaşırlar. Qazaxıstanın ixrac məhsullarına baxanda görürük ki, orada neft məhsulları ilə yanaşı, digər məhsullar da yer almışdı. Hələ sovet vaxtından orada emal sənayesi yüksək inkişaf etmişdi. Orada müxtəlif faydalı qazıntılar var ki, onlar da eksportda əhəmiyyətli yer tutur. Azərbaycanda isə emal sahəsi elə də inkişaf etməyib. Bunu inkişaf etdirmək lazımdır. İslahatlar bu istiqamətdə getməlidir. Bənzərlik olsa da, müəyyən fərqlər var. Ümumiyyətlə isə belə bir planın bizdə də həyata keçirilməsi vacibdir. Bu, cəmiyyətə imkan verir ki, üfiqləri görsün və bu üfiqlərə doğru getsin. Bir mərhələ göstərilir və o mərhələyə addım-addım gedilir.

Qazaxıstanda 20-30, 20-50 proqramları var. 100 addım bu proqramın həyata keçirilməsinə imkan yaradan addımlardır. Bizdə də 20-20 planı var. Amma bizdə insanlara kifayət qədər aydın deyil bu plan. Bunun detalları açıqlanmayıb. Belədə də cəmiyyət öz orientasiyasını itirir. Qazaxıstanda orientasiya müəyyənləşib və cəmiyyət artıq bilir ki, nə etməlidir. Bəndlər açıq göstərilir. Müəyyən bəndlər yerinə yetirilməyibsə, bunun günahkarları axtarılır və cəzalandırılır. Bizdə isə bu proses sistemli deyil, pərakəndə keçirilir. Kompleks strategiya olmalıdır və çevik bir sistem yaradılmalıdır. Qazaxıstanda o strategiya var. Bizdə də sözdə, kağızda var. Onlarda bu strategiyalarla bağlı qızğın diskussiyalar aparılır, cəmiyyət bunlardan xəbərdar olur. Bizdə isə dikussiyalar aparılmadığından, cəmiyyət bu strategiyalardan xəbərsizdir. Cəmiyyət bu planlara lazımi səviyyədə cəlb edilmir. Cəmiyyətin bu planların həyata keçirilməsindən təcrid olunması tendensiyasının qarşısı alınmalıdır. Biz Qazaxıstandakı bu təcrübəni Azərbaycan reallığına tətbiq edə bilərik.

Fəzail İbrahimoğlu - Sputnik Azərbaycan
TƏHLİL
"İş yerlərinin ixtisarı böhrandan çıxış yolu deyil"

- Bəs bu situasiyada parlamenti buraxmaq məsələsinə necə baxırsız?

— Anti-böhran layihələrinin həyata keçirilməsi müəyyən yeni siyasi zəmin tələb edir. Qazaxıstanda parlament seçkiləri 2017-ci ildə keçirilməlidir. Amma indi parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi onunla bağlıdır ki, bu, yeni hüquqi bazanın yaranmasına imkan verəcək. Parlament artıq böhranla bağlı yeni qanunları müzakirəyə çıxarıb, onları tətbiq edə bilər. Yeni planlar üçün yeni hüquqi baza lazımdır. Köhnə parlament kifayət qədər bu yeni plana uyğun gəlmir.

Azərbaycanda isə böhran vəziyyəti yaranıb, devalvasiya, bahalaşma, sosial etirazlar baş verir, Milli Məclis isə istirahət edir. Bu vəziyyətdə Azərbaycanda çevik qərarlar qəbul edən bir institut olmalıdır. Nazarbayev parlament seçkilərini indi keçirməyi ona görə nəzərdə tutur ki, bu parlament böhran parlamenti olmalıdır. Böhran vaxtı formalaşan parlamentlə stabillik vaxtı formalaşan parlament arasında kifayət qədər fərq var. Çünki bu institut formalaşanda, yeni gələn insanlar artıq başqa planlar, platformalar təqdim etməlidirlər. Belə vəziyyətdə hətta Qazaxıstan kimi ölkələr belə, məcburdurlar ki, başqa ritorikadan istifadə etsinlər.

Tahir Kərimli - Sputnik Azərbaycan
SİYASƏT
"Bəzi nazirlər parlamentin qərarlarını saya salmırlar"

-Qazax liderlərdən birinin fikridir ki, hər halda bir dəyişiklik ediləcək. Bu keyfiyyət dəyişikliyi olmaya da bilər, amma hər halda nəsə dəyişəcək. Fikir təqribən belə idi: "Mənim gözüm dəyişiklik istəyir. O kreslolarda başqa adamları görmək istəyirəm. Bəlkə daha pis adamlar oturacaq, amma yenə də bir dəyişiklik olacaq"…

— Elədir. Onlar da ona görə deyirlər ki, parlamentə cavan adamlar gəlməlidir. Bu parlament artıq köhnələrin səhvlərindən sığortalanmış olur və yeni parlamentə cəmiyyət tərəfindən etimad daha çoxdur. O parlament həm də məsuliyyət hiss edəcək ki, mən məsuliyyətli bir məqamda gəlmişəm. Etimadı doğrultmaq üçün mütləq bir çıxış yolu tapmalıyam. Yeni parlament tamamilə yeni qanunlar qəbul etməlidir ki, bu millətin planını həyata keçirmək mümkün olsun.

- Bəs bizdə hökumət bu islahatlara gedəcəkmi?

Города мира. Баку - Sputnik Azərbaycan
Struktur islahatları: kimlər gedir, kimlər qalır?

— Siz təbii ki, ictimai-siyasi sektoru müşahidə edirsiz. Götürək ictimai sektoru. Bir qrup insanı götürmək olar ki, onlar monitorinq aparırlar, situasiyanı qiymətləndirə bilirlər, nəsə edə bilərlər və s. Amma bir çoxları da nələrinsə xatirinə, layihə naminə, qrant naminə və s. bu sektora gəliblər. Onların nə təcrübəsi var, nə anlayışı var, nə də istəyi var. Onlar sizcə vəzifəyə gəlib bizim arzu etdiyimiz islahatları apara, nəyisə yaxşıya doğru dəyişə bilərlər? Onların ideyaları yoxdur. İdeyaları olmuş olsa belə, situasiyanın, bu status-kvonun dəyişməsi onlara heç cür sərf eləmir. Onlar öyrəniblər ki, qrant alsınlar, yesinlər, yatsınlar. İndi isə onlardan yeni keyfiyyət tələb olunur. Bunlar yeni situasiyanı dərk edə, buna uyğunlaşa bilməzlər. Təsəvvür edin ki, indiyə qədər icra strukturlarına yaxın olan ictimai sektordakı bu adamlar gəliblər siyasi hakimiyyətə. Onlar nəyi dəyişə bilərlər? Təkcə hökumətin islahatları ilə iş bitməyəcək. Siyasi sistemin dəyişməsinə, hakimiyyətə, idarəetməyə baxışın dəyişməsinə ehtiyac var.

Xəbər lenti
0