CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nazirliyin adı dəyişdirildi

© economy.gov.azМинистр экономики и промышленности Шахин Мустафаев
Министр экономики и промышленности Шахин Мустафаев - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident llham Əliyevin sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev İqtisadiyyat naziri təyin edilib.

BAKI, 15 yan — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev İqtisadiyyat naziri təyin edilib.

Xəbər lenti
0