Struktur islahatları: kimlər gedir, kimlər qalır?

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidГорода мира. Баку
Города мира. Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident yaxın vaxtlarda çevik idarəetmə mexanizmlərinin yaradılacağının anonsunu verdi

Struktur islahatları: kimlər gedir, kimlər qalır?
“2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”. Bunu yanvarın 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı bununla yanaşı görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb də qoyub.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Sputnik”ə bildirib ki, idarəetmədə islahatlar sistemli və ardıcıl xarakter daşıyır:

“Mən fikrimi gümanlar və fərziyyələr üzərində dayanmaq istəmirəm. Ancaq, bir məsələ xüsusi olaraq qeyd olunmalıdır ki, ölkə prezidentinin idarəetmə fəaliyyətində islahatlar sistemli və ardıcıl xarakter daşıyır. Cənab İlham Əliyev ölkə prezidenti seçildikdən sonra  həm yeni nazirlilklər yaradıb, həm də ayrı-ayrı nazirliklərin təkrarlığını aradan qaldarmaq üçün birləşmə prosesi gedib, bəziləri ləğv edilib. Prezident həmişə çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. İndi yaranmış situasiya elədir ki, bu məsələyə daha ciddi əhəmiyyət verməyi önə çəkən ölkə prezidenti yəqin ki, yaxın günlərdə atacağı addımlarla söyləmiş olduğu fikirlərin konkret nəticələrini cəmiyyətə təqdim edəcəkdir. Bu da ölkənin idarə olunmasına öz töhvəsini verəcəkdir”.

Bir çox ekspertlərin fikrincə, ölkədə idarəetmənin daha çevik mexanizmlərinin yaradılması ilə bağlı müzakirələr hələ ötən ildən başlayıb. Neftin ucuzlaşması və kəskin devalivasiya bu istiqamətdə işlərin daha sürətlə getməsinə takan vermiş oldu.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də düşünür ki, idarəetməyə ayrılan xərclər azaldılmalıdır:

“Əslində bu istiqamətdə atılan addımlar çox düzgün addımlardır. Bunun davamı da gələcək. Zənnimcə hazırda dünyada mövcud olan maliyyə böhranı ilə bağlı Azərbaycan da bir neçə istiqamətdə mütləq zəruri islahatlar həyata keçirməlidir. Dövlət idarəetmə xərcləri kəskin formada azaldılmalıdır. Hökümətin bir sıra strukturları  ixtisar olmalıdır. Bəzi nazirliklər birləşdirilməlidir. Bu bir neçə istiqamətdə davam edən proses olmalıdır. Bu islahatlar qaçılmazdır. Ümidvaram ki, bu tezliklə həyata keçiriləcək”. 

Onu da qeyd etmək lazımdır ki, ötən il fevralında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunaraq Əmlak Komitəsinə birləşdirilib. Nəqliyyat Nazirliyinin bir sıra strukturları ləğv edilib və ya başqa qrumlara həvalə olunub. Beynəlxalq Bank ətrafında baş vermiş maliyyə qalmaqalından sonra Milli Təhlükəsizlik Nazirliyində nazir də daxil olmaqla çoxlu sayda saləhiyyətli şəxslər vəzifələrindən uzaqlaşdırıldılar və onların bir çoxu cinayət məsuliyyətinə cəlb edilib, nazirlik özü isə ləğv edilərək bazasında iki dövlət xidməti yaradıldı. Bunula bağlı oxşar proses Rabitə Nazirliyində də getdi. Bundan sonra hansı qurumların ləvğ edilib və ya saləhiyyətlərinin azaldılması ilə bağlı rəsmi məlumat verilmədiyindən mediada və sosial şəbəkələrdə yalnız müxtəlif fərziyələr səslənməkdədir. 

Xəbər lenti
0