https://sputnik.az/20210828/Kabil-aeroportunun--giriin-artq-taliblr-nzart-edirlr---KV-427799170.html
Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV
Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV
Sputnik Azərbaycan
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə... 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T22:02+0400
2021-08-28T22:02+0400
2021-11-16T20:29+0400
xəbərlər
kabil
aeroport
giriş
nəzarət
taliban
abş
hərbçilər
pentagon
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427788874_0:255:3072:1993_1920x0_80_0_0_90eb12f06898d719f59d35587f87ed03.jpg
BAKI, 28 avqust - Sputnik. Taliban* hərəkatı hazırda Kabil aeroportunun üç girişinə nəzarət edir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı hərəkatın nümayəndələrinə istinadən məlumat yayıb.Cümə günü taliblər bəyan etmişdilər ki, aeroportun hərbi zonasındakı hissələr onların nəzarətindədir. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi isə aeroportun heç bir hissəsinin taliblərin nəzarətində olmadığını deyib."ABŞ hərbçiləri Kabil aeroportunun üç girişini və digər hissələrini tərk ediblər, indi Taliban oralara nəzarəti ələ alıb", - telekanalın Twitter səhifəsində qeyd olunub.Con Kirbi isə qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə təhlükəsizlik tədbirləri görürlər.Xatırladaq ki, cümə axşamı Kabil aeroportunda buraxılış məntəqələrindən birinin partladılması nəticəsində Əfqanıstandan insanların təxliyəsini gerçəkləşdirən 13 ABŞ hərbçisi, təyyarəyə minərək ölkəni tərk etmək niyyəti ilə aeroporta axışan 220-dək də əfqan həlak olmuşdu.Bu gün məlumat verilib ki, aertıq ABŞ hərbçiləri də Kabil aeroportunu tərk etməyə başlayıblar, avadanlıqlar çıxarılır.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdiTaliban* həftə ərzində hökumət quracaqEvinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandıKabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olubKabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyirİŞİD*-in iki rəhbəri məhv edilib - Pentaqon
kabil
abş
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427788874_0:118:3072:2048_1920x0_80_0_0_966008a1816f8115041e0db1ec6d381c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, kabil, aeroport, giriş, nəzarət, taliban, abş, hərbçilər, pentagon, dünya
xəbərlər, kabil, aeroport, giriş, nəzarət, taliban, abş, hərbçilər, pentagon, dünya
Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV
22:02 28.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə təhlükəsizlik tədbirləri görürlər.
BAKI, 28 avqust - Sputnik. Taliban* hərəkatı hazırda Kabil aeroportunun üç girişinə nəzarət edir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı hərəkatın nümayəndələrinə istinadən məlumat yayıb.
Cümə günü taliblər bəyan etmişdilər ki, aeroportun hərbi zonasındakı hissələr onların nəzarətindədir.
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi isə aeroportun heç bir hissəsinin taliblərin nəzarətində olmadığını deyib.
"ABŞ hərbçiləri Kabil aeroportunun üç girişini və digər hissələrini tərk ediblər, indi Taliban oralara nəzarəti ələ alıb", - telekanalın Twitter səhifəsində qeyd olunub.
Con Kirbi isə qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə təhlükəsizlik tədbirləri görürlər.
"Təhlükələr hələ də real və dinamikdir. Biz onları real vaxt rejimində izləyirik. Qüvvələrimizi qorumaq üçün bütün lazım olan tədbirləri görürük", - Kirbi brifinqdə deyib.
Xatırladaq ki, cümə axşamı Kabil aeroportunda buraxılış məntəqələrindən birinin partladılması nəticəsində Əfqanıstandan insanların təxliyəsini gerçəkləşdirən 13 ABŞ hərbçisi, təyyarəyə minərək ölkəni tərk etmək niyyəti ilə aeroporta axışan 220-dək də əfqan həlak olmuşdu.
Bu gün məlumat verilib ki, aertıq ABŞ hərbçiləri də Kabil aeroportunu tərk etməyə başlayıblar, avadanlıqlar çıxarılır.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Evinizə xoş gəldiniz! -
Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub