Taliban* həftə ərzində hökumət quracaq

© AP Photo / Rahmat GulАфганская женщина в Кабуле, фото из архива
Афганская женщина в Кабуле, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Əfqanıstanın artıq 34 əyalətdən 33-də bəzi vəzifələr bölüşdürülüb. Qadınların hökumətə daxil olub-olmayacağına isə hərəkatın rəhbərləri qərar verəcəklər.
BAKI, 28 avqust - Sputnik. Taliban* hərəkatı həftə ərzində hökumətin tam tərkibini açıqlayacaq. Onlar artıq 34 əyalətdən 33-də qubernatorları və polis rəislərini təyin ediblər. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Reuters hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
Qadınların hökumətə daxil olub-olmayacağına isə hərəkatın rəhbərləri qərar verəcəklər.
Talibanın* nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bəyan etmişdi ki, tezliklə Əfqanıstanın yeni hökuməti barədə bəyanat verilə bilər. Taliblərin siyasi ofisinin rəhbəri Əbdül Qəni Bəradərin isə iki həftə ərzində Əfqanıstanın gələcək hökumətinin strukturu barədə qərar qəbul edəcəyi deyilirdi.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdi
Evinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir
İŞİD*-in iki rəhbəri məhv edilib - Pentaqon
Xəbər lenti
0