İŞİD*-in iki rəhbəri məhv edilib - Pentaqon

© AFP 2024 / SAID KHATIBАвиаудар Израиля по сектору Газа
Авиаудар Израиля по сектору Газа - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Hava zərbəsi avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib.
BAKI, 28 avqust - Sputnik. Amerikanın Əfqanıstanda gerçəkləşdirdiyi avizərbə nəticəsində Əfqanıstanda İŞİD*-in iki rəhbəri məhv edilib, biri isə yaralanıb. 
Sputnik Azərbaycan bildirir ki, bunu general mayor Uilyam Teylor Pentaqonda brifinqdə söyləyib.
Onun sözlərinə görə, mülki əhali arasında zərər çəkən yoxdur.
Həmçinin məlum olub ki, ABŞ ordusu Kabil aeroportunu tərk etməyə başlayıb, hazırda avadanlıq çıxarılır.
--------
13:00
Amerikalı hərbçilər Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətinə PUA-ların köməkliyi ilə hava zərbəsi endiriblər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.
"ABŞ Silahlı Qüvvələri İŞİD-in planlaşdırıcısına qarşı əks-terror əməliyyatı keçirilib. Pilotsuz uçan aparat Nanqarhar vilayətində hava zərbələri endirib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur", - deyə məlumatda bildirilir.
Hava zərbəsi avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
Eləcə də oxuyun:
Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdi
Evinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir:
Xəbər lenti
0