Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV

© © SGT Glen McCarthy / Australia's Department of Defence / Handout via REUTERSАвстралийский военнослужащие в аэропорту Кабула
Австралийский военнослужащие в аэропорту Кабула - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə təhlükəsizlik tədbirləri görürlər.
BAKI, 28 avqust - Sputnik. Taliban* hərəkatı hazırda Kabil aeroportunun üç girişinə nəzarət edir. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı hərəkatın nümayəndələrinə istinadən məlumat yayıb.
Cümə günü taliblər bəyan etmişdilər ki, aeroportun hərbi zonasındakı hissələr onların nəzarətindədir. 
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi isə aeroportun heç bir hissəsinin taliblərin nəzarətində olmadığını deyib.
"ABŞ hərbçiləri Kabil aeroportunun üç girişini və digər hissələrini tərk ediblər, indi Taliban oralara nəzarəti ələ alıb", - telekanalın Twitter səhifəsində qeyd olunub.
Con Kirbi isə qeyd edib ki, Kabil aeroportunda ABŞ hərbi kontingentinə təhlükə realdır, onlar daim müşahidə apararaq əlavə təhlükəsizlik tədbirləri görürlər.
"Təhlükələr hələ də real və dinamikdir. Biz onları real vaxt rejimində izləyirik. Qüvvələrimizi qorumaq üçün bütün lazım olan tədbirləri görürük", - Kirbi brifinqdə deyib.
Xatırladaq ki, cümə axşamı Kabil aeroportunda buraxılış məntəqələrindən birinin partladılması nəticəsində Əfqanıstandan insanların təxliyəsini gerçəkləşdirən 13 ABŞ hərbçisi, təyyarəyə minərək ölkəni tərk etmək niyyəti ilə aeroporta axışan 220-dək də əfqan həlak olmuşdu.
Bu gün məlumat verilib ki, aertıq ABŞ hərbçiləri də Kabil aeroportunu tərk etməyə başlayıblar, avadanlıqlar çıxarılır.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdi
Taliban* həftə ərzində hökumət quracaq
Evinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir
İŞİD*-in iki rəhbəri məhv edilib - Pentaqon
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала