https://sputnik.az/20210824/Lavrov-Rusiya-Mrkzi-Asiyada-AB-hrbilrini-grmk-istmir-427767649.html
Lavrov: "Rusiya Mərkəzi Asiyada ABŞ hərbçilərini görmək istəmir"
Lavrov: "Rusiya Mərkəzi Asiyada ABŞ hərbçilərini görmək istəmir"
Sputnik Azərbaycan
Lavrov qeyd edib ki, ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T18:00+0400
2021-08-24T18:00+0400
2021-11-16T20:29+0400
xəbərlər
rusiya
əfqanıstan
abş
sergey lavrov
mərkəzi asiya
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426809748_0:0:3072:1736_1920x0_80_0_0_30f8176662ec8f00716fcf0fc6a29cd0.jpg
BAKI, 24 avqust — Sputnik. Rusiya Mərkəzi Asiyada Amerika hərbçilərini görmək istəmir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib."Məncə, "Wall Street Journal" soruşurdu ki, Rusiya amerika hərbçilərini Mərkəzi Asiyada görmək istəyərdimi? Xeyr. Birincisi, bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanın öz öhdəlikləri var. Mən xarici silahlı qüvvələrin öz ərazilərinə yerləşdirilməsi ilə bağlı məsələlərdə bütün müttəfiqlərin razılığını nəzərdə tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam", - deyə Lavrov bildirib.O bildirib ki, amerikalıların Əfqanıstandan çıxarkən infrastruktur və silahların, hərbçilərin bir hissəsini qonşu ölkələrin ərazisinə yerləşdirmək istəyib. Lavrov qeyd edib ki, bununla da ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib.Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır. Eləcə də oxuyun:Kabil hava limanında daha yeddi nəfər həlak olubTarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmiTaliban Əşrəf Qəniyə amnistiya təklif etdiKabil aeroportuna daha bir təhlükəƏfqanıstanın idarəetmə forması bəlli oldu
abş
mərkəzi asiya
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426809748_0:0:3072:1930_1920x0_80_0_0_714831f096f661b4c2a050f513469964.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, abş, sergey lavrov, mərkəzi asiya, dünya
xəbərlər, əfqanıstan, abş, sergey lavrov, mərkəzi asiya, dünya
Lavrov: "Rusiya Mərkəzi Asiyada ABŞ hərbçilərini görmək istəmir"
18:00 24.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Lavrov qeyd edib ki, ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib.
BAKI, 24 avqust — Sputnik. Rusiya Mərkəzi Asiyada Amerika hərbçilərini görmək istəmir. Sputnik Azərbaycan "
RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri
Sergey Lavrov bildirib.
"Məncə, "Wall Street Journal" soruşurdu ki, Rusiya amerika hərbçilərini Mərkəzi Asiyada görmək istəyərdimi? Xeyr. Birincisi, bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanın öz öhdəlikləri var. Mən xarici silahlı qüvvələrin öz ərazilərinə yerləşdirilməsi ilə bağlı məsələlərdə bütün müttəfiqlərin razılığını nəzərdə tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam", - deyə Lavrov bildirib.
O bildirib ki, amerikalıların Əfqanıstandan çıxarkən infrastruktur və silahların, hərbçilərin bir hissəsini qonşu ölkələrin ərazisinə yerləşdirmək istəyib. Lavrov qeyd edib ki, bununla da ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.
Kabil hava limanında daha yeddi nəfər həlak olub