https://sputnik.az/20210822/fqanstandan-qaan-qadn-tyyard-dodu-427752579.html
Əfqanıstandan qaçan qadın təyyarədə doğdu
Əfqanıstandan qaçan qadın təyyarədə doğdu
Sputnik Azərbaycan
Uçuş zamanı hamilənin vəziyyəti ağırlaşıb, təyyarənin komandiri qadının həyatının xilası məqsədilə göyərtədə havanın təzyiqini artırmaq üçün yüksəkliyi... 22.08.2021, Sputnik Azərbaycan
2021-08-22T17:55+0400
2021-08-22T17:55+0400
2021-11-16T20:29+0400
xəbərlər
uçuş
təyyarə
abş
hhq
əfqanıstan
əfqanıstan vətəndaşları
təxliyə
hamilə
doğuş
https://cdnn1.img.sputnik.az/img/40222/52/402225213_0:182:3605:2220_1920x0_80_0_0_7a9c486c31f42a313dbc0f7d73d7f27c.jpg
BAKI, 22 avqust - Sputnik. Əfqanıstandan təxliyə edilən qadın ABŞ HHQ-yə məxsus təyyarə "Ramştayn" aviabazasında (Almaniya) yerə enərkən doğub. Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın aviasiya təxliyələri komandanlığı (AMC) məlumat yayıb. "Tibbi xidmətin 86-cı qrupunun köməkçi heyəti ABŞ HHQ-sinin hava gəmisi Almaniyadakı "Ramştayn" aviabazasında enən zaman uşaq dünyaya gətirən əfqanıstanlı qadına və ailəsinə yardım edir", - AMC-nin Twitter hesabında qeyd olunur.Bildirilir ki, uçuş zamanı hamilənin vəziyyəti ağırlaşıb, təyyarənin komandiri qadının həyatının xilası məqsədilə göyərtədə havanın təzyiqini artırmaq üçün yüksəkliyi azaltmaq qərarı verib.AMC bildirir ki, yeni doğulan qızcığaz və anası yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.Şənbə günü analoji ihadisə Özbəkistanda baş vermişdi. Özbəkistan Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Daşkəndə təxliyə edilən Əfqanıstan vətəndaşı Özbəkistan paytaxtında doğub. Ana və oğlu hazırda şəhər xəstəxanalarından birindədirlər. Eləcə də oxuyun:Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaqƏfqanıstan prezidentinin qardaşı taliblərə qoşulubTaliban* ABŞ-dan asılı vəziyyətə düşübNATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40222/52/402225213_0:68:3605:2334_1920x0_80_0_0_b39c8330040290a93ea521918acfe32d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, uçuş, təyyarə, abş, hhq, əfqanıstan, əfqanıstan vətəndaşları, təxliyə, hamilə, doğuş, dünya
xəbərlər, uçuş, təyyarə, abş, hhq, əfqanıstan, əfqanıstan vətəndaşları, təxliyə, hamilə, doğuş, dünya
Əfqanıstandan qaçan qadın təyyarədə doğdu
17:55 22.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Uçuş zamanı hamilənin vəziyyəti ağırlaşıb, təyyarənin komandiri qadının həyatının xilası məqsədilə göyərtədə havanın təzyiqini artırmaq üçün yüksəkliyi azaltmaq qərarı verib.
BAKI, 22 avqust - Sputnik. Əfqanıstandan təxliyə edilən qadın ABŞ HHQ-yə məxsus təyyarə "Ramştayn" aviabazasında (Almaniya) yerə enərkən doğub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın aviasiya təxliyələri komandanlığı (AMC) məlumat yayıb.
"Tibbi xidmətin 86-cı qrupunun köməkçi heyəti ABŞ HHQ-sinin hava gəmisi Almaniyadakı "Ramştayn" aviabazasında enən zaman uşaq dünyaya gətirən əfqanıstanlı qadına və ailəsinə yardım edir", - AMC-nin
Twitter hesabında qeyd olunur.
Bildirilir ki, uçuş zamanı hamilənin vəziyyəti ağırlaşıb, təyyarənin komandiri qadının həyatının xilası məqsədilə göyərtədə havanın təzyiqini artırmaq üçün yüksəkliyi azaltmaq qərarı verib.
AMC bildirir ki, yeni doğulan qızcığaz və anası yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.
Şənbə günü analoji ihadisə Özbəkistanda baş vermişdi. Özbəkistan Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Daşkəndə təxliyə edilən Əfqanıstan vətəndaşı Özbəkistan paytaxtında doğub. Ana və oğlu hazırda şəhər xəstəxanalarından birindədirlər.
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi,
Azərbaycana təşəkkür etdi