Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov və Çavuşoğlu Əfqanıstan barədə: "Ən qısa zamanda…"

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу (справа на первом плане) во время встречи в Сочи
Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу (справа на первом плане) во время встречи в Сочи - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Lavrov və Çavuşoğlu, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını nəzərdən keçiriblər.
BAKI, 18 avqust — Sputnik. Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey LavrovMövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Əfqanıstandakı durumu ətraflı şəkildə müzakirə ediblər.
Məlumatda bildirilir ki, nazirlər Əfqanıstanda vəziyyətin sabitləşməsində maraqlı olduqlarını ifadə edib və Əfqanıstandakı əsas milli qüvvələri ən qısa zamanda təhlükəsizliyi və asayişi bərpa etməyə çağırıblar.
Həmçinin qeyd olunur ki, Lavrov və Çavuşoğlu eyni zamanda beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Xüsusi xidmət orqanları Əfqanıstan sərhədində vəziyyəti diqqətdə saxlamalıdır
Taliblər qadınlara səsləndi
Baydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
Xəbər lenti
0