https://sputnik.az/20210818/Lavrov-v-avuolu-fqanstan-bard-n-qsa-zamanda-427727018.html
Lavrov və Çavuşoğlu Əfqanıstan barədə: "Ən qısa zamanda…"
Lavrov və Çavuşoğlu Əfqanıstan barədə: "Ən qısa zamanda…"
Sputnik Azərbaycan
Lavrov və Çavuşoğlu, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını... 18.08.2021, Sputnik Azərbaycan
2021-08-18T16:10+0400
2021-08-18T16:10+0400
2021-11-16T20:28+0400
xəbərlər
rusiya
əfqanıstan
sergey lavrov
mövlüd çavuşoğlu
telefon danışığı
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1d/425842018_0:0:2968:1678_1920x0_80_0_0_78ffc614c1bcf738e8c35725e013b51d.jpg
BAKI, 18 avqust — Sputnik. Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Əfqanıstandakı durumu ətraflı şəkildə müzakirə ediblər.Məlumatda bildirilir ki, nazirlər Əfqanıstanda vəziyyətin sabitləşməsində maraqlı olduqlarını ifadə edib və Əfqanıstandakı əsas milli qüvvələri ən qısa zamanda təhlükəsizliyi və asayişi bərpa etməyə çağırıblar.Həmçinin qeyd olunur ki, Lavrov və Çavuşoğlu eyni zamanda beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını nəzərdən keçiriblər.Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdirXüsusi xidmət orqanları Əfqanıstan sərhədində vəziyyəti diqqətdə saxlamalıdırTaliblər qadınlara səsləndiBaydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1d/425842018_0:0:2968:1866_1920x0_80_0_0_f204fb0f7ffe0b47acb461be096a5e15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, sergey lavrov, mövlüd çavuşoğlu, telefon danışığı, dünya
xəbərlər, əfqanıstan, sergey lavrov, mövlüd çavuşoğlu, telefon danışığı, dünya
Lavrov və Çavuşoğlu Əfqanıstan barədə: "Ən qısa zamanda…"
16:10 18.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Lavrov və Çavuşoğlu, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını nəzərdən keçiriblər.
BAKI, 18 avqust — Sputnik. Rusiya və Türkiyə xarici işlər nazirləri
Sergey Lavrov və
Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Əfqanıstandakı durumu ətraflı şəkildə müzakirə ediblər.
Məlumatda bildirilir ki, nazirlər Əfqanıstanda vəziyyətin sabitləşməsində maraqlı olduqlarını ifadə edib və Əfqanıstandakı əsas milli qüvvələri ən qısa zamanda təhlükəsizliyi və asayişi bərpa etməyə çağırıblar.
Həmçinin qeyd olunur ki, Lavrov və Çavuşoğlu eyni zamanda beynəlxalq və regional məsələləri müzakirə edib, gələcəkdə ən yüksək və yüksək səviyyələrdə ikili təmasların proqramlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Lavrov:
Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Xüsusi xidmət orqanları Əfqanıstan sərhədində vəziyyəti diqqətdə saxlamalıdır
Taliblər qadınlara səsləndi