21:49 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
RUSİYA
Qısa URL
15 0 0

Frans Klintseviç belə hesab edir ki, hakimiyyətin Taliban* tərəfindən ələ keçirilməsi gözlənilən idi. Amerikalıların 20 il ərzində təlim keçdikləri və silahlandırdıqları 120 minlik əfqan ordusu onlara "layiqli cavab" verməyə qadir olsa da, bunu etmədi.

BAKI, 17 avqust — Sputnik. Taliban* Kabili tutdu, Əşrəf Qəni ölkədən qaçdı, harada olduğu da bilinmir. Əfqanıstanda hadisələr necə inkişaf edəcək, Mərkəzi Asiyada terror təhdidlərinin güclənəcəyini gözləməyə dəyərmi, Rusiya bu vəziyyətdə necə hərəkət edəcək? Bu və digər sualların cavabı Rusiyanın Əfqanıstan Veteranları Şurasının rəhbəri Frans Klintseviçin Sputnik-ə müsahibəsində.

ABŞ-ın Talibanla* əvvəlcədən sövdələşməsi

Bir neçə həftə bundan əvvəl Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda bu ölkədə vəziyyət daha da kəskinləşdi: Taliban* iri şəhərlərə qarşı qətiyyətli hücuma keçdi. Avqustun 15-də hərəkat ölkənin bütün ərazisində nəzarəti əla aldığını bəyan etdi.

ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirdi ki, ABŞ ordusunun Əfqanıstanda olma səbəbi ilk növbədə regionda terror təhdidini aradan qaldırmaq üçündür və onun sözlərinə görə, artıq bu məqsədə nail olunub.

Bundan başqa, dövlət katibi vurğuladı ki, Vaşinqton bu ölkədə mövcudluğu ərzində Əfqanıstanın silahlı qüvvələrinin möhkəmlənməsinə milyard dollarlarla vəsait qoyub və "ən qabaqcıl silahlarla" təchiz edib. Ancaq bütün bunlar Əfqanıstanda hakimiyyəti əldə saxlamağa yetmədi.

Frans Klintseviç belə hesab edir ki, hakimiyyətin Taliban* tərəfindən ələ keçirilməsi gözlənilən idi. Amerikalıların 20 ərzində təlim keçdikləri və silahlandırdıqları 120 minlik əfqan ordusu onlara "layiqli cavab" verməyə qadir olsa da, bunu etmədi.

"ABŞ 20 il ərzində ideologiya hazırladı, formalaşdırdı, Kabilə dəstək verdi, yollar çəkdi. Bəs niyə indi öz əmlakını (texnikasını, hərbi sursat anbarını və s.) əfqan ordusunun sərəncamına vermədi? Sadəcə, öz bazalarını atıb getdilər və iki saatdan sonra Taliban* oranı tutdu? Mən bu suallara əvvəlcədən sövdələşmədən başqa bir cavab tapa bilmirəm. Hesab etmirəm ki, amerikalılar bu qədər axmaqdır, baş verənlərdə bir strategiya görürəm", – deyə ekspert bildirir.

Onun sözlərinə görə, Suriya, Əfqanıstan və Ukraynada baş verənlər kritik vəziyyətlərdə amerikalıların köməyinə bel bağlamağın mümkün olmadığını təsdiqləyib.

"Estoniya, Latviya və Litva əraziləri ABŞ-ın belə məsələlərdə istifadə edəcəyi növbəti obyektlərdir", – deyə Klintseviç vurğulayır.

Onun sözlərinə görə, Baltikyanı ərazilərin siyasi xadimləri Rusiyanın "təcavüzünə" qarşı bilərəkdən səs-küy qaldırırlar.

"Bu səs-küyü KİV də dəstəkləyir. Bu tamamilə məqsədli şəkildə edilir ki, Baltikyanı ölkələrin hakimiyyəti öz qoşunlarını yeritmək üçün NATO-ya müraciət etmək məcburiyyətində qalsın", – deyə ekspert proqnoz verir.

Danışıqlara getmək ağlabatan addımdır

Klintseviçin sözlərinə görə, Rusiyanın Kabildəki səfirliyi bu ölkədə qalan yeganə diplomatik nümayəndəlikdir. O belə hesab edir ki, Talibanla* məcburi qaydada diplomatik münasibət qurmaq doğru qərardır.

İyul ayında Taliban* hərəkatının siyasi ofisinin nümayəndə heyəti Moskvada olub. Həmin vaxt RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Əfqanıstanda kəskinləşən vəziyyət fonunda belə təmaslar vacibdir.

Hazırda Taliban* nümayəndələri öz postunu tərk etmiş hökumət ordusunun əvəzinə Rusiya səfirlik binasının mühafizəsini öz üzərinə götürüb və Rusiya diplomatik nümayəndəliyi əməkdaşlarının təhlükəsizliyinin tam təmin olunacağına dair söz verib.

Klintseviçin fikrincə, hazırda yalnız diplomatik istiqamətdə iş yetərli deyil. Terrorçular qaçqın görüntüsü altında həmsərhəd ərazilərə soxularaq destruktiv vəziyyət yarada bilərlər. Ekspert belə hesab edir ki, postsovet dövlətlərinin xüsusi xidmət orqanları bu prosesləri diqqətdə saxlamalıdır.

RF Əfqanıstanla sərhəddə sülhü qoruyacaq

Sputnikin həmsöhbəti əmindir ki, Talibanın* hakimiyyətə gəlməsi ilə ölkədə narkotiklərin ticarəti daha da genişlənəcək. Onun sözlərinə görə, bu məqsədlə Pakitsan və Qətər Talibanı* maliyyələşdirəcək, Çinin də bu sıraya qoşulması mümkündür.

"Yeni ilə kimi bütün bu proseslər razılaşdırılacaq, bundan sonra isə əminəm ki, Mərkəzi Asiya ölkələri ilə sərhəddə destruktiv proseslər başlayacaq və bu da Rusiyanın maraqlarına toxuna bilər", – deyə Klintseviç xəbərdarlıq edir.

"Sərhəddə bizim dostlarımız var – MDB, KTMT və ŞƏT-lə bağlı olduğumuz Mərkəzi Asiya respublikalarının nümayəndələri. Bu şəraitdə biz başa düşməliyik ki, dostlarımızın dincliyi və əmin-amanlığı Rusiya sərhədlərinin gələcək əmin-amanlığı deməkdir. Odur ki RF bu respublikalarda destruktiv proseslərin getməsinə yol verməyəcək", – deyə ekspert vurğulayır.

Onun sözlərinə görə, "istənilən münaqişə vəziyyətini lokallaşdırmağa" qadir olan Tacikistandakı 201-ci Rusiya hərbi bazası ilə əməkdaşlıq da daxil olmaqla, çoxlu sayda təlimlərin keçirilməsi heç də təsadüfi deyildi.

Bundan başqa, "Axtarış-2021" təşkilatına üzv dövlətlərin silahlı qüvvələrinin bölmələri və kəşfiyyat vasitələri, "Eşalon-2021"-in maddi-texniki təminat bölmələri və "Qarşılıqlı əlaqə-2021"-in operativ reaksiya üzrə kollektiv qüvvələri tərəfindən yaxın aylarda baş tutacaq KTMT təlimlər seriyasına hazırlıq da start götürüb.

* Rusiya və bir sıra başqa ölkələrdə fəaliyyəti qadağan olunmuş terror təşkilatı.

Müsahibənin tam versiyasını Sputnikin rus dilindəki "YouTube" kanalında izləmək mümkündür.

https://www.youtube.com/watch?v=sk2YsJh4ZFo&list=PL6VIrBqjspnzQOFAhSQhrV8mttz4ZeNCA&index=1

Əsas mövzular