https://sputnik.az/20210817/Baydenin-fqanstan-bard-sz-verdiyi-byanatlar-427713989.html
Baydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
Baydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
Sputnik Azərbaycan
Amerika lideri qeyd edib ki, ABŞ-ın Əfqanıstanda məqsədi 11 sentyabr hücumunu törədənləri tapmaq, "Əl-Qaidə"nin Əfqanıstandan növbəti hücumlardan ötrü istifadə... 17.08.2021, Sputnik Azərbaycan
2021-08-17T00:47+0400
2021-08-17T00:47+0400
2021-11-16T20:28+0400
xəbərlər
taliban
abş
co bayden
bəyanat
əfqanıstan
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427713939_0:0:3183:1799_1920x0_80_0_0_232fd6859ef6bb87f45d5258e853d6de.jpg
BAKI, 17 avqust — Sputnik. ABŞ Əfqanıstanda hazırda müşahidə olunan sürətli kollapsa hazır idi.Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.Onun sözlərinə görə, Amerika Əfqanıstanda məqsədinə çatdı.Amerika lideri qeyd edib ki, ABŞ-ın Əfqanıstanda məqsədi 11 sentyabr hücumunu törədənləri tapmaq, "Əl-Qaidə"nin Əfqanıstandan növbəti hücumlardan ötrü istifadə etməyəcəyinə əmin olmaq idi. "Biz bunu etdik", - deyən Bayden qeyd edib ki, bu, onillər əvvəl baş verib.Ordunun Əfqanıstandan çıxarılmasına gəlincə, ABŞ Prezidenti deyib ki, "amerikalı əsgərlər əfqanların özlərinin döyüşmədikləri müharibədə ölməməlidirlər".Bayden bildirib ki, siyasi karyerası ərzində anlayıb ki, "ordunun çıxarılması üçün heç vaxt yaxşı zaman olmur".Amerika lideri Əfqanıstanda baş verənlərdən "kədərlənsə də, ordunun çıxarılmasına görə peşman deyil"."ABŞ əfqan əsgərlərə onların ehtiyacı olan hər şeyi verdi, bircə döyüşdə qalib gəlmək iradəsi ilə təmin edə bilmədi", - Bayden deyib.Əfqanıstan məsələsində Rusiya və Çinin mövqeyinə gəlincə, Bayden deyib ki, bu iki ölkə ABŞ-ın dayanmadan Əfqanıstana resurs sərf etməsini istəyərdi.Taliban 20 il ərzində ilk dəfə olaraq Əfqanıstan paytaxtını yenidən nəzarət altına aldı. Bazar günü səhər Kabilə yaxınlaşan Taliban qüvvələri qan tökülməməsi üçün oraya girmək istəmədiklərini söylədilər. Onların nümayəndələri danışıqlar üçün prezident sarayına getdilər.Bir neçə saatdan sonra məlum oldu ki, prezident Əşrəf Qani Əfqanıstanı tərk edib. Daha sonra o, qırğının qarşısını almaq üçün istefa verdiyini bildirdi.Eləcə də oxuyun:Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...Əfqanıstanda baş verən hadisələrin xronikası: Taliban Kabildə"Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427713939_0:0:3183:2001_1920x0_80_0_0_6750692d3b1a5c908af37837b6fedf5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, taliban, abş, co bayden, bəyanat, əfqanıstan, dünya
xəbərlər, taliban, abş, co bayden, bəyanat, əfqanıstan, dünya
Baydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
00:47 17.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Amerika lideri qeyd edib ki, ABŞ-ın Əfqanıstanda məqsədi 11 sentyabr hücumunu törədənləri tapmaq, "Əl-Qaidə"nin Əfqanıstandan növbəti hücumlardan ötrü istifadə etməyəcəyinə əmin olmaq idi.
BAKI, 17 avqust — Sputnik. ABŞ Əfqanıstanda hazırda müşahidə olunan sürətli kollapsa hazır idi.
Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ Prezidenti
Co Bayden deyib.
Onun sözlərinə görə, Amerika Əfqanıstanda məqsədinə çatdı.
"Bizim Əfqanıstanda məqsədimiz millət qurmaq, birləşmiş, mərkəzləşdirilmiş demokratiya qurmaq deyildi. Bizim Əfqanıstanda həyati vacib marağımız əvvəlkitək birdir - Amerikaya terrorçu hücumların qarşısını almaq", - millətə xüsusi müraciətində Bayden söyləyib.
Amerika lideri qeyd edib ki, ABŞ-ın Əfqanıstanda məqsədi 11 sentyabr hücumunu törədənləri tapmaq, "Əl-Qaidə"nin Əfqanıstandan növbəti hücumlardan ötrü istifadə etməyəcəyinə əmin olmaq idi. "Biz bunu etdik", - deyən Bayden qeyd edib ki, bu, onillər əvvəl baş verib.
Ordunun Əfqanıstandan çıxarılmasına gəlincə, ABŞ Prezidenti deyib ki, "amerikalı əsgərlər əfqanların özlərinin döyüşmədikləri müharibədə ölməməlidirlər".
Bayden bildirib ki, siyasi karyerası ərzində anlayıb ki, "ordunun çıxarılması üçün heç vaxt yaxşı zaman olmur".
Amerika lideri Əfqanıstanda baş verənlərdən "kədərlənsə də, ordunun çıxarılmasına görə peşman deyil".
"ABŞ əfqan əsgərlərə onların ehtiyacı olan hər şeyi verdi, bircə döyüşdə qalib gəlmək iradəsi ilə təmin edə bilmədi", - Bayden deyib.
"Hazırda izlədiyimiz hadisələr ona dəlalət edir ki, heç bir müasir ordu Əfqanıstada sabitliyə, birliyə və təhlükəsizliyə nail ola bilməz", - Ağ Evin rəhbəri qeyd edib.
Əfqanıstan məsələsində Rusiya və Çinin mövqeyinə gəlincə, Bayden deyib ki, bu iki ölkə ABŞ-ın dayanmadan Əfqanıstana resurs sərf etməsini istəyərdi.
Taliban 20 il ərzində ilk dəfə olaraq Əfqanıstan paytaxtını yenidən nəzarət altına aldı. Bazar günü səhər Kabilə yaxınlaşan Taliban qüvvələri qan tökülməməsi üçün oraya girmək istəmədiklərini söylədilər. Onların nümayəndələri danışıqlar üçün prezident sarayına getdilər.
Bir neçə saatdan sonra məlum oldu ki, prezident Əşrəf Qani Əfqanıstanı tərk edib. Daha sonra o, qırğının qarşısını almaq üçün istefa verdiyini bildirdi.
Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...
Əfqanıstanda baş verən
hadisələrin xronikası: Taliban Kabildə
"
Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır
“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır