SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Taliblər qadınlara səsləndi

© AP Photo / Tamana SarwaryЖенщина идет по улице с видом на город Кабул
Женщина идет по улице с видом на город Кабул - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Onlar şəriət qanunlarına uyğun olaraq hökumət strukturunda olmalıdırlarOnlar şəriət qanunlarına uyğun olaraq hökumət strukturunda olmalıdırlar.
BAKI, 17 avqust — Sputnik. Taliban* qadınları gələcək hökumətə qoşulmağa dəvət edib. Sputnik Azərbaycan AP-yə istinadən xəbər verir ki, bunu mədəniyyət məsələləri üzrə komissiyanın üzvü Enamulla Samanqani bildirib.
"İslam Əmirliyi (Taliban* idarəetmə sisteminin adı. - red.) qadınların qurban olmasını istəmir. Onlar şəriət qanunlarına uyğun olaraq hökumət strukturunda olmalıdırlar", - deyə Samanqani bildirib.
Öz növbəsində, "Khaama Press" agentliyi, bir neçə qadının Kabil rayonlarından birində toplaşaraq Nazirlər Kabinetinə üzv olmaq imkanının yaradılmasını tələb etdiyini bildirib.
Əfqanıstanın "Tolo News" telekanalında isə aparıcı qadınlar yenidən veriliş aparıb. Taliblər buna etiraz etməyiblər.
Taliban* -  Rusiyada qadağan olunmuş terrorçu təşkilat.
Həmçinin oxuyun:
Əfqanıstan: Taliban* ümumi amnistiya elan etdi, yüzlərlə sakin təxliyə olunur
Xəbər lenti
0