https://sputnik.az/20210818/ABS-in-vitse-prezidenti-Afqanistan-barede-40-ilin-en-boyuk-rusvayciligi-barede-427724741.html
ABŞ-ın vitse-prezidenti 40 ilin ən böyük rüsvayçılığı barədə
ABŞ-ın vitse-prezidenti 40 ilin ən böyük rüsvayçılığı barədə
Sputnik Azərbaycan
Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi. 18.08.2021, Sputnik Azərbaycan
2021-08-18T13:15+0400
2021-08-18T13:15+0400
2021-11-16T20:28+0400
xəbərlər
abş
əfqanıstan
mayk pens
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723860_0:284:3118:2047_1920x0_80_0_0_a6fc42a6314468b2a563d48fb7770aab.jpg
BAKI, 18 avqust — Sputnik. Birləşmiş Ştatların sabiq vitse-prezidenti Mayk Pens amerikalıların Əfqanıstandan getməsini rəsmi Vaşinqtonun beynəlxalq arenada son 40 ildə ən böyük rüsvayçılığı adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Pens "Wall Street Journal" qəzetində dərc olunan məqaləsində bildirib."Bayden Administrasiyasının Əfqanıstanı faciəvi şəkildə tərk etməsi - İranda girov böhranından sonra ABŞ-ın indiyə qədər yaşamadığı bir xarici siyasət rüsvayçılığıdır", - deyə Pens yazıb.Onun sözlərinə görə, Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi və son 20 ildə Əfqanıstanda xidmət edən amerikalıların xatirəsini ləkələdi. O, eyni zamanda Baydenin hərəkətini "pisliyə səbəb olan zəiflik" adlandırdı.Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdirXüsusi xidmət orqanları Əfqanıstan sərhədində vəziyyəti diqqətdə saxlamalıdırTaliblər qadınlara səsləndiBaydenin Əfqanıstan barədə söz verdiyi bəyanatları
abş
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723860_0:88:3118:2047_1920x0_80_0_0_bb64e4276b1603f9d4aa2bce29dc5059.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, abş, əfqanıstan, mayk pens, dünya
xəbərlər, abş, əfqanıstan, mayk pens, dünya
ABŞ-ın vitse-prezidenti 40 ilin ən böyük rüsvayçılığı barədə
13:15 18.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi.
BAKI, 18 avqust — Sputnik. Birləşmiş Ştatların sabiq vitse-prezidenti Mayk Pens amerikalıların Əfqanıstandan getməsini rəsmi Vaşinqtonun beynəlxalq arenada son 40 ildə ən böyük rüsvayçılığı adlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Pens "Wall Street Journal" qəzetində dərc olunan məqaləsində bildirib.
"Bayden Administrasiyasının Əfqanıstanı faciəvi şəkildə tərk etməsi - İranda girov böhranından sonra ABŞ-ın indiyə qədər yaşamadığı bir xarici siyasət rüsvayçılığıdır", - deyə Pens yazıb.
Onun sözlərinə görə, Baydenin qoşunlarını geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay etdi, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə vadar etdi və son 20 ildə Əfqanıstanda xidmət edən amerikalıların xatirəsini ləkələdi. O, eyni zamanda Baydenin hərəkətini "pisliyə səbəb olan zəiflik" adlandırdı.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Lavrov:
Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Xüsusi xidmət orqanları Əfqanıstan sərhədində vəziyyəti diqqətdə saxlamalıdır
Taliblər qadınlara səsləndi