01:20 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
3487 0 0

Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

BAKI, 1 avqust - Sputnik. Tehranda İran parlamenti binasında yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilib. İbrahim Rəisi and içərək prezident vəzifələrinin icrasına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, andiçmə mərasimində İran parlamentinin üzvləri ilə yanaşı 73 ölkədən 115 nümayəndə də iştirak edib.

Avqust ayının 3-də təşkil olunmuş mərasimdə İranın Ali lideri Əli Xamenei prezident Rəisinini yeni vəzifəsinə rəsmən təsdiqləyib.

Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da andişmə mərasimizndə iştirak etmək üçün İrana gedib. O, mərasimdən qabaq İbrahim Rəisi ilə görüşüb. 

01.08.2021

İranda İbrahim Rəisinin inauqurasiya mərasiminin proqramı açıqlanıb

İranın yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisinin inauqurasiya mərasiminin proqramı açıqlanıb.

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, avqustun 3-də Ayətullah İbrahim Rəisinin ilkin andiçmə mərasimi olacaq və prezident kimi öz vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq.

Tədbirdə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamnei, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. İran daxili işlər naziri XIII dövr prezident seçkilərilə bağlı hesabat verəcək.

Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunacaq.

Bundan sonra İranın yeni prezidenti siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək.

Tədbir koronavirusla mübarizə qərargahının sağlamlıq protokollarına uyğun həyata keçiriləcək. Tədbir İranın Dövlət Televiziyası ilə canlı yayımlanacaq.

İranda prezident seçkiləri və nəticələr

İyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində qalib gəlib.

O, 17 926 345 səs toplayaraq, İranın icraedici hakimiyyətinin başçısı və 13-cü prezidenti olub. 

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb:

"Hörmətli cənab Rəisi,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.

Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Həmçinin oxuyun: 

* Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib

* Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”

Paşinyan İrana səfərə gedir: İbrahim Rəisinin andiçmə mərasiminə dəvətlidir

Əsas mövzular