“Son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb”. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, islahatçı qanadı mühafizəkarların əvəz etməsi İranın daxili və xarici siyasətində istər-istəməz müəyyən dəyişikliklərə səbəb olacaq: “Dəyişikliklər istənməsəydi islahatçı namizədlərdən birinin artıq səs toplamasının şahidi olardıq. Dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var. İran hələlik daxildə olan problemlərini həll etməklə məşğul olacaq. Bununla yanaşı Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”.
Vüqar Zifəroğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz