Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
İranın daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli prezident seçkilərində İbrahim Rəisinin qalib gəldiyini bəyan edib.

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Rəisi,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.

Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

İranda prezident seçkilərinin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində qalib gəlib. Bu barədə ölkənin daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli bəyan edib.

"İbrahim Rəisi 17 926 345 səs toplayaraq, İranın icraedici hakimiyyətinin başçısı və prezident olub", - Fəzli deyib.

İkinci yerdə 3 412 712 səs yığmış Möhsün Rezai gedir. Əbdülnasir Həmmati 2 427 201, Hüseyn Həzizadə Haşimi isə 992 718 səs toplayıb.

Səsvermənin ilkin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində liderlik edir. Bunu İranın seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Camal Orf bildirib.

"Seçkilərdə 28,6 milyon həmyerlimiz iştirak edib. Səslərin sayılması nəzərə alsaq bu ilkin nəticələrdir. Hazırda İbrahim Rəisi 17,8 milyondan çox seçiciinin səsini toplayıb. Möhsün Rezai 3,3 milyondan çox, Həmmati 2,4 milyondan çox, Həzizadə Haşimi isə 1 milyon səs toplayıb", - o deyib.

Səsvermə və səslərin hesablanması

İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bununla belə, bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.

Sputnik Azərbaycan İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasında seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib.

“Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir”, - deyə seçkiləri müşahidə edən gənc jurnalistlər klubundan bildirilib.

Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb.

Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.

Prezidentliyə namizəd Abdulnaser Hemmatinin seçki qərargahının nümayəndəsi Cahanbəxş Xancani bildirib ki, yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.

Favorit kimdir?

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

Londonda seçki qərargahına hücum

Ötən gün Londondakı İran konsulluğunun qarşısında toplanan bir qrup şəxs səsverməyə mane olmağa çalışıblar. Onlar binaya girən hər kəsin üzərinə boya töküblər.

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni “Twitter” səhifəsində bildirib ki, İran ölkənin Londondakı konsulluğunda yerləşən seçki məntəqəsinə edilən hücumla əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

"Əksinqilabçı ünsürlərin İran vətəndaşına qarşı hücumu qanunla mühakimə ediləcək. Keçmişi terror bağlı olan və xarici dairələrlə əlaqəli saxta demokratiya tərəfdarları keçmişi səs vermək istəyən bir qadını vəhşicəsinə döyüblər. Nəticədə qadın ağır kəllə-beyin travması alıb", - Hüseyni yazıb.

Vertolyot qəzası

İyunun 19-da səhər Xuzestan əyalətinin təcili tibbi yardım vertolyotu əyalətin seçki qərargahına səyyar səsvermə qutularını aparan zaman Lorestan əyaləti ərazisində qəzaya uğrayıb.

Məlumata görə, qəzada 1 nəfər həyatını itirib. 11 nəfər isə xəsarət alıb.

Xəbər lenti
0