14:49 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (701)
11

65 və daha ahıl yaşlı vətəndaşlar həftənin iş günləri yalnız saat 10.00 – 14.00 aralığında küçəyə çıxa biləcəklər. Bu məhdudiyyətlərdən yalnız artıq iki doza peyvənd vurulmuş vətəndaşlar azaddırlar.

 

BAKI, 17 may — Sputnik. Türkiyənin Daxili İşlər Nazirliyi lokdaun başa çatdıqdan sonra koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması barədə sirkulyarı açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ötən cümə günü ölkədə koronavirusa yoluxanların sayı 11 394 nəfər təşkil edib ki, bu da martın 7-dən bu günə qədər ən aşağı göstəricidir.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ilə əlaqədar vəziyyətlə bağlı 29 aprel saat 19.00-dan 17 may 05.00-a qədər tam lokdaun elan edib. DİN sirkulyarında adı göstərilənlərdən başqa bütün təşkilat və müəssisələr fəaliyyətini dayandırıb.

Pandemiya başlanandan bəri maksimum göstərici sutka ərzində 63 082 nəfər olub, lakin sonradan azalma müşahidə olunub. Eyni zamanda aprelin 30-da sutka ərzində koronavirusdan ölənlərin sayı maksimum həddə çatıb və 394 nəfər təşkil edib.

"İyunun 1-nə qədər şənbə və bazar günləri saat 21.00-dan 05.00-a qədər komendant saatı qüvvədə qalır. Həmin günlərdə ərzaq mağazaları səhər saat 10.00-dan 17-00-a qədər işləyəcək. Qismən normallaşma dövründə şəhərlərarası səyahətlər komendant saatı tətbiq olunmayan günlərdə həyata keçiriləcək. Restoran və kafelər isə yalnız çatdırılma üsulu ilə işləyəcəklər", - deyə sənəddə bildirilir.

Həftənin iş günlərində ticarət mərkəzləri, habelə, paltar, qalantereya və təsərrüfat malları satan dükanlar saat 10.00-dan 20.00-a qədər işləyə biləcəklər. 65 və daha ahıl yaşlı vətəndaşlar həftənin iş günləri yalnız saat 10.00 – 14.00 aralığında küçəyə çıxa biləcəklər. Bu məhdudiyyətlərdən yalnız artıq iki doza peyvənd vurulmuş vətəndaşlar azaddırlar.

Xəbərdə qeyd olunur ki, bu məhdudiyyətlər turistlərə şamil olunmur. Eyni zamanda ölkədə müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər məhdudiyyətlərə riayət etməlidirlər.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 28-də Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırdığını bildirmişdi. Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcəkdi.

Buna səbəb tələbatın az olması göstərilirdi. 

Eləcə də oxuyun:

* "Vaksin gülləkeçirməz geyimdir" - Daha bir ölkə pandemiya qadağalarını yumşaldır

* "Qoy lap minlərlə cəsəd yan-yana düzülsün, heç bir qapanma olmayacaq!"

Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır

AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (701)
Teqlər:
yumşalma, məhdudiyyət, karantin, lokdaun, Türkiyə

Əsas mövzular