07:40 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (685)
45 0 0

"Daily Mail" qəzetinin yazdığına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson bu sözləri kabinet üzvləri ilə görüşdə səsləndirib.

BAKI, 26 aprel — Sputnik. Britaniya mətbuatının iddiasına görə, bu ölkənin Baş naziri Boris Conson karantin qaydalarını sərtləşdirib tam qapanmaya getməkdənsə, "minlərlə cəsəd" görməyə hazır olduğunu bildirib.

"Daily Mail" qəzetinin adının açıqlanmasını istəməyən mənbəyə istinadla yaydığı xəbərə görə, Britaniyanın Baş naziri 2020-ci ilin oktyabrında kabinet üzvləri ilə görüşdə sərt açıqlamalar verib. İclasda üçüncü dəfə tam qapanmaya getmək məsələsi müzakirə olunan vaxt Conson: "Qoy lap minlərlə cəsəd yan-yana düzülsün, heç bir qapanma olmayacaq!" – deyə bəyan edib.

Qəzetin yazdığına görə, Baş nazir bu sözləri Nazirlər Kabineti Aparatının rəhbəri Maykl Houvanın koronaviruslu xəstələrlə dolu olan xəstəxanaları mühafizə etmək üçün əlavə hərbçilərə ehtiyac olduğunu söyləməsindən sonra dilə gətirib.

Qəzetin yayımladığı məlumatlar həm Boris Consonun ofisi, həm də yüksək səviyyəli dövlət məmurları tərəfindən təkzib edilib.

Qeyd edək ki, bu ilin yanvar ayının 4-dən etibarən İngiltərədə sayca üçüncü sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (685)
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, lokdaun, Boris Conson, Böyük Britaniya

Əsas mövzular