AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

© Photo : Facebook / Azerbaijan Airlines - AZALПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

BAKI, 28 aprel — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

Buna səbəb tələbatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

Xəbər lenti
0