BAKI, 13 may - Sputnik. İsrail ordusu Qəzza zolağında müxtəlif növ quru əməliyyatlarının başlanmasına hazırlıq görür, ancaq bunun üçün hələ əmr verilməyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus bəyan edib.
""Qəzza" diviziyasındakı qoşunlar Baş Qərargahın təlimatları da daxil olmaqla müxtəlif hazırlıq səviyyəsindədirlər, ancaq hələlik həmin əməliyyatın başlanması üçün əmr verilməyib. Hərbi hazırlıq isə davam edir", - jurnalistlərin quru əməliyyatlarının keçirilməsi ehtimalı barədə suallarını cavablayan Konrikus deyib.
Ötən şənbəyə keçən gecə Qüdsün şərqində İsrail polisi və fələstinlilər arasında qarşıdurma yaranıb. Əl-Əqsa məscidi və Şeyx Cərrah məhləsində qarşıdurmada xeyli insan yaralanıb. İsrail məhkəməsi bir neçə ərəb ailəsinin Şeyx Cərrahdan köçürülüməsinə qərar verdiyindən ərəblər etiraz ediblər.
Bundan sonra İsraillə Qəzza zolağı arasındakı sərhəddə vəziyyət gərginləşib. HƏMAS qruplaşması İsrailə ultimatum verərək Əl-Əqsa yaxınlığından çəkilməsini tələb edib. İsrail ərazisindəki yaşayış məntəqələri Qəzza zolağından raket atəşinə tutulub.
Son bir neçə gün ərzində İsrail ərazisinə Qəzza zolağından 1600-dən çox raket atılıb. Bunlardan 400-ü anklavın içinə düşüb. "Dəmir gümbəz" RƏM sisteminin effektivliyi 90% təşkil edib.
Tel-Əviv öz növbəsində eskalasiya başlayandan HƏMAS və "İslami cihad" qruplaşmalarının 600 hərbi hədəfinə hücum edib.
Eləcə də oxuyun:
* Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO
* İsrail Tel-Əvivdə bomba sığınacaqlarını açmağa məcbur oldu
* Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb
* Ərdoğanla Putin telefonla danışıb