23:34 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
DÜNYA
Qısa URL
667

Ərdoğan qeyd edib ki, Qəzza zolağında böhran daha da dərinləşməmiş BMT Təhlükəsizlik Şurasına məsələyə müdaxilə etməli olduğunu bildirmək lazımdır.

BAKI, 12 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, söhbət zamanı Fələstində baş verən son hadisələr, eləcə də "Sputnik V" vaksininin Türkiyəyə çatdırılması ilə bağlı məsələlər müzakirə edilib. 

Ərdoğan Putinlə danışarkən Türkiyə və Rusiyanın Qüdsdə baş verən hadisələrlə bağlı həmfikir olduğunun göstərilməsinin önəmli bir mesaj təşkil etdiyini vurğulayıb. 

Ərdoğan qeyd edib ki, Qəzza zolağında böhran daha da dərinləşməmiş BMT Təhlükəsizlik Şurasına məsələyə müdaxilə etməli olduğunu bildirmək lazımdır. Həmçinin İsrailə də hücumu dayandırmaqla bağlı birmənalı mesajlar verilməlidir.

Türkiyə prezidenti Fələstində mülki əhalinin qorunması üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi ideyası üzərində işləmək lazım gəldiyini də əlavə edib. 

Teqlər:
Qəzza zolağı, İsrail, Fələstin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Putin, Ərdoğan

Əsas mövzular