BAKI, 11 may - Sputnik. Qəzza zolağından ərazinin raket atəşinə tutulması səbəbilə Tel-Əvivdə kütləvi bomba sığınacaqları açılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə şəhər bələdiyyəsindən məlumat verilib.
İsrail Ordusunun mətbuat xidmətindən RİA Novosti-yə istinadən bildirilib ki, hazırda Tel-Əvivə zərbə endirildiyi barədə məlumat daxil olmayıb. Ancaq bundan öncə bir sıra Fələstin KİV-i "Əl-Qüds" briqadasının ("İslami Cihad" hərbi qanadı) Tel-Əvivi raket atəşinə tuduğunu yazırdı.
Qeyd edək ki, bir neçə gündür, İsrail Qəzza zolağı ilə sərhəddə problem yaşayır. Mayın 10-da isə Qüds şəhərində fələstinlilərlə polis arasında qarşıdurma böyüyüb, xeyli insan yaralanıb.
Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.