16:00 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Abdullah Öcalanın rəsmi əks olunan bayraqlar, arxiv şəkli

Öcalanın Ərdoğana yeni barış mesajı – Ekspert kürdlərin əsl niyyəti barədə

© AFP 2019 / SEBASTIEN BOZON
DÜNYA
Qısa URL
716 0 0

Əgər kürd qardaşlarımıza dair bir problem varsa, bu bir terror təşkilatı üzərindən həll olunmamalıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Türkiyədə ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan ötən gün sensasion bəyanatla çıxış edərək, kürd yaraqlıları və Türkiyə arasında silahlı münaqişəni dayandırmağa hazır olduğunu bildirib.

Öcalan eyni zamanda Türkiyə rəhbərliyini də kürd məsələsinin həllinə çağırıb: "Gəlin kürd məsələsini birgə həll edək. Bir həftə ərzində silahlı münaqişəni bitirə bilərik. Mən bunu həll edə bilərəm, mən buna inanıram. Mən nizamlanmaya hazıram. Lakin dövlət də ondan asılı olanı etməlidir".

PKK liderinin bu bəyanatı qardaş ölkədə xeyli marağa səbəb olsa da, birmənalı qarşılanmayıb. Ekspertlər isə bu bəyanatın Türkiyə və ABŞ arasında Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyata başlanması ilə bağlı razılığın əldə olunmasına dair məlumatlar fonunda səsləndirilməsinə xüsusi diqqət çəkiblər.

Sputnik Azərbaycan bu mövzuda Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağarla həmsöhbət olub.

Terror və təhlükəsizlik üzrə türkiyəli ekperti Abdullah Ağar
© Abdullah Ağarın şəxsi arxivindən
Terror və təhlükəsizlik üzrə türkiyəli ekperti Abdullah Ağar

Abdullah Ağar qeyd edib ki, Türkiyə daha öncə buna bənzər modelləri sınadı və bunların hamısının sonu tam bir xəyal qırıqlığı ilə yekunlaşdı: "Bu anlamda Türkiyənin təkrar belə bir şey sınayıb, buna dair bir xəyal qırıqlığı və yeni bir tələ ilə qarşı-qarşıya qalması halında Türkiyə Cümhuriyyəti hökumətinin öz etibarını itirmə riski var. Digər tərəfdən isə bölücü terror təşkilatının lideri Abdullah Öcalan artıq 20 ildir ki, həbsxanadadır. Uzun müddətdir həbsdə olan və bir xeyli yaşlanan Abdullah Öcalan isə sadəcə başlaması mümkün olan prosesdə bir aktor olmaq istəyir. Onun başlatmaq istədiyi proseslə bağlı motivasiyası şəxsi də ola və ya onun özü də kənardan idarə oluna bilər. Biz bunu hazırda dəqiqliklə deyə bilmərik. Keçmişdə yaşanan təcrübələr də nəzərə alınarsa, bir dövlətin bir terror təşkilatı ilə bir topluma – kürd qardaşlarımıza aid bir problemi həll etmək istəməsi nə dərəcədə doğrudur? Əgər siz terror təşkilatı ilə kürd problemi adı verilən bir problemi çözmək üçün tərəf kimi qəbul etsəniz, buradan çıxan nəticələr son dərəcədə ağır olur. Əgər kürd qardaşlarımıza aid bir problem varsa, bu, bir terror təşkilatı üzərindən həll olunmamalıdır".

Türkiyəli hərbi ekspert vurğulayıb ki, Öcalan meydanda aktorların işlərinə gəldiyi qədər qəbul etdikləri və gündəmdə saxladıqları bir fiqurdur: "Bu gün keçmişdə yaşanan təcrübələrə bağlı olaraq YPG/PKK-nın qərb dünyası tərəfindən istifadə olunan aparat-terror təşkilatı olduğunu deyə bilərik. Rəsmi Ankara bu terror təşkilatının Türkiyəyə qarşı istifadə olunmasına əngəl olmaq niyyəti və məqsədi ilə bir sıra tədbirlər həyata keçirə bilər. Bu tədbirlər içərisində qabaqlayıcı hərbi əməliyyatlar da daxildir. Bu bir nəzəriyyədir. Bu nəzəriyyəni tətbiq etməyə başlayanda bunun qarşılığında bir çox aktor manipulyasiya, təxribat və əks-effektlə qarşılaşa bilər. Burada önəmli olan kütlələrin, toplumların PKK üzərindən bir proses yaşamasının qarşısını almaqdır. Bu edilməzsə və PKK guya kürdləri təmsil edən bir qurum kimi mövqe sərgiləməyə başlayarsa, bu, bölgədəki kürdlərə son dərəcə böyük bir zərər vura bilər. PKK terror təşkilatıdır və bu terror təşkilatını tərəf kimi qəbul etmənin fayda və zərərini çox dəqiq şəkildə hesablamaq lazımdır".

Ərdoğan əməliyyat anonsu verdi, indi başlamasaq...>>

Öcalanın bəyanatının Türkiyə - ABŞ arasında Suriyada, Fərat çayından şərqdə hərbi əməliyyata başlamasına dair razılığa gəlməsi barədə məlumatlar fonunda yayılmasına xüsusi diqqət çəkən Abdullah Ağar qeyd edib ki, ABŞ ən başından bəri Suriyada yeni bir sülh prosesini başlatmaq istəyir: "Amma mənim fikrimcə, bu sülh prosesi deyilən şey PKK-nı, PKK-nın Suriyada işğal etdiyi əraziləri Türkiyəyə qəbul etdirməkdir. ABŞ PKK-nı Türkiyəyə zərər verməsi üçün təşviq edir. PKK zatən orada bir terror dövləti qurmaqla gələcəkdə Türkiyəyə çox böyük zərər verəcək. Bu gün gələcəkdə nə olacaq sualına tam olaraq cavab almadan PKK-nın Suriyada nəzarətə götürdüyü əraziləri tanıyaraq hər hansı bir prosesə başlamağımızın düzgün addım olmayacağını düşünürəm".

Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
© Photo : SANA/Handout via REUTERS

Təhlükəsizlik üzrə ekspert xatırladıb ki, bölücü terror təşkilatının müxtəlif aktorları Türkiyədə daxili siyasəti, ictimai birlik və bərabərliyi manipulyasiya edə biləcəyi tərzdə çox fərqli terror siyasəti və strategiyası yeritməyə başlayıblar: "Biz bunu Türkiyədə keçirilən son bələdiyyə seçkilərində də gördük. Əvvəllər mən PKK Türkiyənin cənub-şərqini qoparıb orada terror dövləti qurmaq istədiyini bildirirdim. İndi isə PKK öz strategiyasını tamamilə dəyişib və toplumları bölə biləcək, insanlar arasında qarşıdurma yaratma kimi siyasi təxribatlara əl atır. Türkiyədə siyasi xadimlərin bu cür tələləri sezib, onlara qarşı tədbirlər görməsinin vacibliyini düşünürəm".

Əlaqədar

Öcalandan sensasion qərar - türklərlə münaqişəyə son qoymağa hazıram
Teqlər:
Ərdoğan, Abdullah Öcalan, PKK, kürdlər, Türkiyə

Əsas mövzular