Suriya Ərdoğan və Trampa qarşı çıxdı

© Photo : SANA/Handout via REUTERSHələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Dəməşq etiraz səsini ucaltdı

BAKI, 8 avqust — Sputnik. Suriya Birləşmiş Ştatlar və Türkiyənin bu ölkənin şimalında təhlükəsizlik bölgəsinin qurulmasına dair gəldiyi razılığı rədd edib. Bu barədə Sputnik Türkiyə Suriyanın SANA agentliyinə istinadən xəbər verir.

"Suriya Amerika, Türkiyə və işğalçıların şimalda sözdə təhlükəsizlik bölgəsinin qurulmasına dair əldə etdiyi razılaşmanı qəti şəkildə rədd edir", - deyə Suriya Xarici İşlər Nazirliyində (XİN) olan mənbə SANA agentliyinə bildirib.

Mənbə ABŞ – Türkiyə layihəsində alət olan Suriya kürdlərinin də bu baxımdan da məsuliyyət daşıdıqları dilə gətirib.

Xəbər lenti
0