Ərdoğan əməliyyat anonsu verdi, indi başlamasaq….

© REUTERS / Mark SchiefelbeinTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Fərat Qalxanı" və "Zeytun Budağı" ilə başlatdığımız sülh prosesi inşallah çox yaxında fərqli bir səviyyəyə keçəcək

BAKI, 6 avqust — Sputnik. Türkiyə çox yaxın vaxtı Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə çox yaxın vaxtı Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq. Bu gün Türkiyə Suriyanın şimalında əməliyyatlara başlamasa, o zaman gələcəkdə daha ağır bədəl ödəyəcək. Suriyanın şimalında terror bataqlığını qurutmaq ölkəmizin ən önəmli məsələlərindən biridir. "Fərat Qalxanı" və "Zeytun Budağı" ilə başlatdığımız sülh prosesi inşallah çox yaxında fərqli bir səviyyəyə keçəcək. Türkiyənin təhlükəsizliyi NATO-nun və bütün bölgəmizin təhlükəsizliyi deməkdir", - deyə Ərdoğan qeyd edib.

ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper - Sputnik Azərbaycan
Pentaqon rəhbəri Ərdoğana meydan oxudu - Əməliyyata imkan verməyəcəyik

Xatırladaq ki, daha əvvəl Yaponiyanın paytaxtı Tokyoda səfərdə olan ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsi qəbuledilməzdir.

"Birləşmiş Ştatlar Suriyanın şimalında qarşılıqlı maraqları təkrarən alt-üst edəcək birtərəfli hücumların qarşısını alacaq. Ankara ilə razılaşma əldə edəcəyimizə ümidliyəm", - deyə Esper bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs daha əvvəl bəyan edib ki, rəsmi Vaşinqton Türkiyə ordusunun Suriya ərazisində, Fərat çayından şərqdə əməliyyat keçirmək niyyətindən narahatdır və hesab edir ki, bu cür addımlar yolverilməzdir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə - Sputnik Azərbaycan
Türkiyə ordusu qonşu ölkədə əməliyyat keçirdi, 14 ölü

"Suriyanın şimal-şərqində bu cür birtərəfli hərbi addımlar ciddi narahatlıq doğurur. Xüsusilə həmin ərazinin yaxınlığında amerikalı hərbçilər ola bilər. Orada bizim hərbçilər və yerli, Suriyadan olan tərəfdaşlarımız İŞİD-ın qalıqlarına qarşı əməliyyat keçirirlər. Biz bu növ istənilən addımı yolverilməz hesab edirik və bununla əlaqədar biz Türkiyəni birgə yanaşma üzrə işləməyə çağırırıq", - deyə Ortequs qeyd edib.

O vurğulayıb ki, ABŞ Türkiyə ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələri davam etdirir.

Qeyd edək ki, bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Suriyada, Fərat çayından şərqdə əməliyyat keçirəcək.

Xəbər lenti
0