01:01 22 Fevral 2017
Canlı yayım
General Ceyms Mettis

Tramp Putinin qatı düşməninə vəzifə verir

© REUTERS/ Yuri Gripas
DÜNYA
Qısa URL
29711

Pentaqon rəhbəri vəzifəsinə təqaüddə olan dəniz piyadaları generalı Ceyms Mettis təyin ediləcək

BAKI, 5 dek — Sputnik. ABŞ prezidenti seçilən Donald Tramp dekabrın 2-də bildirib ki, Pentaqon rəhbəri vəzifəsinə təqaüddə olan dəniz piyadaları generalı Ceyms Mettisi təyin edəcək. 

“Washington Post” hesab edir ki, bu qərar ABŞ-ın təhlükəsizliyinə problem olan “siyasi islam”la bağlıdır. “Wall Street Journal” nəşrinə görə isə, bu təyinat Rusiya üçün xoşagəlməz sürpriz ola bilər, çünki Mettis Putin siyasətinin qəti tənqidçisidir.

“Quduz köpək” və “rahib döyüşcü” ləqəbləri ilə tanınan Ceyms Mettis öz dövrünün ən nüfuzlu hərbi liderlərindən biridir. O, 66 illik ömrünün üçdə ikisini hərbi xidmətə həsr edib. Pentaqonda “çox düzgün insan” və alim kimi hörmət qazanıb. Onu yalnız aqressiv ritorika üçün tənqid edirlər. 

11 sentyabr 2001-ci il terror hadisəsindən sonra o, “Taliban” hərəkatı və “Əl-Qaidə” terror qruplaşmalarına qarşı Əfqanıstanın cənubunda keçirilən “Sarsılmaz azadlıq” əməliyyatında iştirak edir. 2003-cü ildə isə “İraq azadlığı” (İraqda Səddam Hüseyn hökumətinin devrilməsi) əməliyyatına qoşulur. 

Siyasi baxışlar

General Ceyms Mettis siyasətlə məşğul olmasa belə, heç vaxt öz siyasi baxışlarını gizlətməyib. O, ABŞ-ın düşmənlərinə, xüsusilə İrana qarşı sərt mövqeyə üstünlük verir. Mettis nüvə razılaşmasını açıq şəkildə tənqid edərək bildirib ki, bu, İranın silahlanma ambisiyalarını ləngitsə belə, onları dayandırmayacaq.

“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb. Ceyms Mettis hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin məqsədi NATO-nu parçalamaqdır: “Putin bilir ki, bütün qaydaları poza bilər, lakin Qərb yenə də qaydalara uyğun oynamağa çalışacaq… Bu çox təhlükəli ikiləşmədir. Rusiya demokratik ölkələrlə qonşuluq etməyi pozitiv hal kimi qəbul etmir. O, ətrafında qeyri-stabillik yaradaraq öz təhlükəsizliyini təmin etmək istəyir. Bunu ABŞ üçün də demək olar”. 

Mettis öz sitatlarında

ABŞ-ın gələcək müdafiə nazirinin hərbi-siyasi baxışlarını ifadə edən bir çox sitatlar da var:

“İnsanlar soruşurlar, Putin dəli olub, yoxsa ağlını itirib? Məncə, problem tək Putində deyil, ümumiyyətlə Rusiyadadır. Deyirlər ki, Putin gedən kimi yaxşı olacaq. Düşünürəm ki, bu xəyallardır”.

“Nəzakətli olun, peşəkar olun, amma rast gələn hər kəsi öldürmək üçün hazır planınız olsun”.

“Bu təcrübəyə (demokratiyaya) son qoymaq istəyən düşmənləri tapın və onların hər birini öldürməyə başlayın. Onları ürəyiniz ölümdən bulanana qədər və bizim azadlıqlardan əl çəkənə qədər öldürün”. 

“Əfqanıstanda bizə qarşı olanlar beş il ərzində qadınları çadra geyinmədikləri üçün vururdular. Bilirsiniz, onlarda açıq-aydın cəsarət qalmayıb. Buna görə də, onları güllələmək ikiqat daha şəndir”.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həmçinin bildirib ki, ABŞ xarici ölkələrdə rejimləri və hökumətləri devirməyi dayandıracaq: “Biz keçmişin səhvlərini nəzərə alan yeni xarici siyasət aparacağıq. Biz rejimləri və hökumətləri devirməyi dayandıracağıq. Məqsədimiz xaos deyil, sabitlik yaratmaqdır, çünki öz ölkəmizi yeniləşdirmək istəyirik, artıq vaxtdır”.

Daha sonra Tramp deyib ki, ABŞ-ın yeni hökuməti başqa dövlətlərlə birgə “mümkün olan hər yerdə ümumi maraqlar axtaracaq”, “yeni sülh erasına, anlaşmaya və xoş mərama” can atacaq. Yaxın Şərq məsələsində isə yeni administrasiya Amerikanın hazırkı hökumətinin apardığı siyasətdən fərqli bir siyasi kurs yürüdəcək.

Teqlər:
Ceyms Mettis, Donald Tramp, Səddam Hüseyn, Vladimir Putin, İran, Rusiya, İraq, ABŞ