BAKI, 1 dek — Sputnik. Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp Pakistanın hökumət başçısı haqda "əla oğlan" ifadəsi işlədib.
Tramp Talibanla olan problemin həlli üçün rəsmi İslamabada yardım təklif edib və baş nazir Nəvaz Şərifi "əla oğlan" adlandırıb.
Sputnik İndependent-ə istinadən xəbər verir ki, Tramp bu sözləri Pakistan lideri ilə telefon danışığı zamanı deyib.
"Sizin haqqınızda olduqca yaxşı rəylər var. Əla oğlansınız. Və heyrətamiz işlər görürsünüz"- deyə Donald Tramp Nəvaz Şərifə bildirib.