BAKI, 10 iyul — Sputnik. Xorvatiyanın paytaxtı Zaqrebdə Grand Chess Tour-un blits turniri çərçivəsində Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.
Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda 13-cü dünya çempionu, Rusiyanı təmsil edən bakılı Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.
Hazırda Məmmədyarovun aktivində 7,5 xal var və rusiyalı Aleksandr Qrişukla 6-7-ci yerləri bölüşür.. Yarım xal yığan Kasparov sonuncu yerdədir. Faransalı Maksim Vaşye-Laqrav 9,5 xalla birincidir.
Şəhriyar Məmmədyarov ilk dəfə Bakı şahmat məktəbinin yetirməsi olan Harri Kasparovla bir turnirdə qarşılaşıb.
Həmçinin oxuyun: