Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qalib gəlib

© Photo : Twitter / Shakhriyar MamedyarovАзербайджанский гроссмейстер Шахрияр Мамедъяров, фото из архива
Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Oyunun debüt partiyasında Aronyan Şəhriyarın qara şahına hücum təşkil etməyə çalışıb. Lakin Azərbaycan şahmatçısı əks hücum təşkil edərək erməni rəqibinin kralını tələyə salıb. 

BAKI, 13 mart - Sputnik. Bu gün onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub.

İlk turda Məmmədyarov Ermənistanı təmsil edən Levon Aronyanla görüşüb. Qara fiqurlarla oynayan şahmatçımız rəqibini mat qoyaraq qələbə qazanıb.

Magnus Carlsen Invitational-ın onlayn-turniri üçün keçirilən püşkatmanın nəticələri Azərbaycan və Ermənistan təmsilçilərini ilk turda bir araya gətirib. Məmmədyarov qara rəngli fiqurlarla oynamasına baxmayaraq rəqibini mat qoymağı bacarıb. Belə ki, oyunun debüt partiyasında Aronyan Şəhriyarın qara şahına hücum təşkil etməyə çalışıb. Lakin Azərbaycan şahmatçısı əks hücum təşkil edərək erməni rəqibinin kralını tələyə salıb. 

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov isə Aniş Giri (Niderland) ilə ağ fiqurlarla üz-üzə gəlib. Şahmatçılar heç-heçəyə razılaşıb.

Qeyd edək ki, birinci mərhələsi dairəvi sistemlə keçiriləcək yarışın ilk günündə daha 4 tur keçiriləcək. Rəcəbov günün son matçında Aronyanla qarşılaşacaq.

 

Xəbər lenti
0