Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur erməni şahmatçıları Ermənistandan imtina etdilər

© Sputnik / Mihail Fomichev / Mediabanka keçidВладимир Акопян
Владимир Акопян - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Daha əvvəl Ermənistan şahmatçılarının lideri Levon Aronyan da Ermənistandan köçmək barədə qərar verib. O da ABŞ komandasına qoşulacaq.

BAKI, 10 iyun — Sputnik. Erməni qrossmeyster Vladimir Akopyan bundan sonra ABŞ bayrağı altında çıxış edəcək. Sputnik Ermənistan xəbər verir ki, artıq FİDE-nin reytinqində Akopyan artıq ABŞ şahmatçısı kimi təqdim olunur.

Reytinqə görə (2638 bal) Ümumdünya Şahmat Olimpiadasının üçqat qalibi Akopyan amerikalı şahmatçılar arasında 12-ci yeri tutur.

ABŞ şahmatçılarının yüzlüyünə həmçinin Samvel Sevyan (5-ci yer), Varucan Akopyan (16-cı yer) və Melikset Xaçinyan (53-cü yer) da daxildir.

Daha əvvəl Ermənistan şahmatçılarının lideri Levon Aronyan da Ermənistandan köçmək barədə qərar verib. O da ABŞ komandasına qoşulacaq.

Şahmatçı öz qərarını "şahmat sahəsinə girən səriştəsiz dövlət adamları" və şahmatçılara dövlət dəstəyinin kəsilməsi ilə əlaqələndirib.

Həmçinin oxuyun:

Teymurla Şəhriyara uduzan Aronyanın etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"

Xəbər lenti
0