Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qalmaqallı Mxitaryan məsələsində daha bir iştirakçı tərəf sözünü dedi

© Sputnik / Murad OrujovBakı Olimpiya Stadionu, arxiv şəkli
Bakı Olimpiya Stadionu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qarayev: "Ermənistan vətəndaşları dəfələrlə Azərbaycan ərazisində olublar və ölkəmizdə olduqları müddətdə onların təhlükəsizliyi ilə bağlı heç bir zaman problem yaranmayıb"

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 22 may - Sputnik. London klubları "Arsenal" və "Çelsi" mayın 29-da futbol üzrə Avropa Liqasının final matçının keçiriləcəyi Bakı Olimpiya Stadionuna (BOS) heç bir irad bildirməyib. Bunu Sputnik Azərbaycan-la söhbətində BOS-un direktoru Cavid Qarayev deyib. O, arenanın Avropa Liqasının final matçına hazırlığı barədə danışıb.

© Facebook / Javid.GarayevBakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev
Qalmaqallı Mxitaryan məsələsində daha bir iştirakçı tərəf sözünü dedi - Sputnik Azərbaycan
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev

- Aydın məsələdir ki, stadionun hazırlığı həlledici məqama daxil olub. Hazırda konkret olaraq nə üzərində iş gedir?

- Demək olar ki, hazırda stadionun UEFA-ya təhvil verilməsi proseduru həyata keçirilir. Biz təşkilatın bütün tələblərini yerinə yetirmişik və onun infrastrukturunda lazımi dəyişikliyi etmişik. Öz növbəsində bir sıra kreslolar yenilənib, eyni zamanda jurnalistlər üçün xüsusi media-zona qurulub. Bununla yanaşı, arenanı bütünlüklə futbol sahəsinə çevirmək məqsədilə qaçış yolu, tamamilə süni qazonla örtülüb. Bir sıra təmir və texniki işlər görülüb.

Hazırda stadionun brendləşdirilməsi davam edir, azarkeşlərin daha uyğun yerləşdirilməsi üçün istiqamət bildirən nişanlar quraşdırılır. Ümumilikdə hazırlıq tamamlanma mərhələsindədir və bu günlərdə stadion, tamamilə UEFA-nın ixtiyarına veriləcək. Ümumiyyətlə təşkilatın ofisi artıq stadionda fəaliyyət göstərir və o da hazırlıq prosesini koordinasiya edir.

Ассоциация футбольных федераций Азербайджана - Sputnik Azərbaycan
İDMAN
AFFA Mxitaryan məsələsinə münasibət bildirib

- Arenanın infrastrukturunda nə dərəcədə çox dəyişiklik etmək lazım gəldi?

- Qlobal dəyişikliklər olmadı. Onsuz da bizim stadion yenidir, UEFA və FİFA-nın bütün standartlarına cavab verir. Kiçik kosmetik işlər görülüb. Misal üçün, biz ehtiyat skameykaları 60 sm endirdik ki, tribunanın birinci sırasından görünüşü yaxşılaşdıraq.

- Stadionun təhlükəsizliyinin təmin edilməsi üçün hansı işlər görülüb, xüsusilə də nəzərə alanda ki, ingilis azarkeşlər öz aqressiv davranışları ilə məşhurdurlar?

- Təhlükəsizlik təkcə stadion tərəfindən təmin edilmir. Bu layihənin həyata keçməsi üçün Azərbaycanın bütün idarələri, o cümlədən Daxili İşlər Nazirliyi prosesə cəlb edilib. Odur ki, Bakı Olimpiya Stadionunda təhlükəsizlik maksimal səviyyədə təmin olunacaq. Bura xüsusi təlim keçmiş stüardlar cəlb olunub və könüllülər də yardım edəcək.

- Bu yaxınlarda Bakını "Arsenal" və "Çelsi" nümayəndələri ziyarət edib. Onlar hər hansı tələb səsləndiriblər?

- Tələb olmayıb. Onlar sadəcə stadionun ərazisi ilə tanış olublar. Baxıblar ki, onların fanatları arenaya haradan düşəcəklər, qazonun keyfiyyətini yoxlayıblar. Lakin stadionun infrastrukturunun dəyişdirilməsinə dair hər hansı tələb, yaxud irad səsləndirməyiblər.

İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan - Sputnik Azərbaycan
Mxitaryan "Arsenal"ın onu Bakıya aparmamaq qərarının ağır olduğunu etiraf edib

- Maraqlıdır ki, o zaman "Arsenal" nümayəndələri artıq Bakıya gəlməyəcəyi dəqiqləşən Henrix Mxitaryanla bağlı hər hansı arzularını ifadə etmişdilərmi?

- Bu məsələnin stadionla heç bir əlaqəsi yoxdur. Mxitaryanla bağlı vəziyyət təhlükəsizliklə əlaqədar idi. Bildiyiniz kimi, bizim hökumətimiz və futbol federasiyamız bütün lazımi zəmanətləri vermişdilər. Buna görə də şübhə yoxdur ki, istər Mxitaryanın, istərsə də stadionun təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcəkdi. Məlumdur ki, Ermənistan vətəndaşları dəfələrlə Azərbaycan ərazisində olublar və ölkəmizdə olduqları müddətdə onların təhlükəsizliyi ilə bağlı heç bir zaman problem yaranmayıb. Odur ki,"Arsenal" stadiona Mxitaryanla bağlı hər hansı tələb irəli sürməyib.

- Olimpiya stadionunda qazonun keyfiyyətini necə qiymətləndirirsiz?

- Qazon UEFA-nın standartlarına tamamilə cavab verir. Onun kateqoriyası "4+"-dir və tezliklə bu kateqoriya yüksələcək. Qazon tamamilə yenilənib, yerinə tam oturandan sonra onun keyfiyyəti əla qiymətləndiriləcək.

- Azarkeşləri matç zamanı nələr gözləyir?

- Bakı Olimpiya Stadionu ərazisində əyləncə zonası fəaliyyət göstərəcək. Azarkeşlər burada vaxtlarını yaxşı keçirə biləcəklər. Bununla yanaşı, şəhərdə 3 fanat zonası fəaliyyət göstərəcək - "Arsenal", "Çelsi" və ümumi.

Xəbər lenti
0