Mxitaryan "Arsenal"ın onu Bakıya aparmamaq qərarının ağır olduğunu etiraf edib

© AFP 2023 / BEN STANSALLİngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan
İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı "Çelsi" ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

BAKI, 21 may — Sputnik. İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı "Çelsi" ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

"Biz Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz etdik. Məsələni futbolçunun özü və ailəsi ilə müzakirə etdikdən sonra onun səfərdə olmamasına birgə qərar verdik. UEFA-ya məktub yazaraq, bu vəziyyətdən dərin narahçılığımızı ifadə etdik. Miki final üçün bizim açar futbolçularımızdan biridir. Ona görə də yoxluğu komandamız üçün böyük itkidir. Futbolçunun bu cür şərtlərdə belə nəhəng avrokubok finalını buraxmasından kədərlənirik. Çünki bu, futbolçunun karyerasında çox nadir hallarda olur. O, həftəsonu Bakıya gedənə qədər bizimlə məşq edəcək" - açıqlamada bildirilir.

Mxitaryan özü də Instagram sosial şəbəkəsində Bakıya gələ bilməməsi barədə yazıb: 

"Biz bütün mümkün variantlara baxdıq və mənim üçün ağır olan qərarı qəbul etməli olduq - komanda ilə birlikdə Avropa Liqasının finalına getməmək. Belə matçlar oyunçuların karyerasında tez-tez baş vermir və onu buraxmağın mənim üçün çox ağır olduğunu etiraf etməliyəm. Öz klub yoldaşlarıma azarkeşlik edəcəyəm. Kuboku evə gətirin!"

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Xəbər lenti
0