Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA Mxitaryan məsələsinə münasibət bildirib

© Sputnik / Murad OrujovАссоциация футбольных федераций Азербайджана
Ассоциация футбольных федераций Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA "Arsenal"ın Henrik Mxitaryanı Bakıya gətirməməsinə münasibət bildirib

BAKI, 21 may - Sputnik. AFFA İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrik Mxitaryanı mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa gətirməməsi ilə bağlı qərarına münasibət bildirib. 

Sputnik Azərbaycan-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, federasiyanın yaydığı açıqlamada bildirilir: 

“Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi. 

Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.

Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.

Xəbər lenti
0