10:18 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
İDMAN
Qısa URL
3310

Gənclər və idman naziri Azad Rəhimov: "Rio-de-Janeyro olimpiadasından qısa bir müddət keçib, orada bir neçə stadion acınacaqlı, istifadəsiz və baxımsız vəziyyətdədir"

BAKI, 15 fev — Sputnik. Azərbaycan növbəti böyük bir tədbirə ev sahibliyi edib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı şəhərində məşhur hotellərdən birində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans baş tutub. 

Bir günlük konfransda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, BŞH-ın Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai, Formula-1 Rusiya Qran Prisinin promouteri Sergey Vorobyev, F1 üzrə beynəlxalq məsləhətçi Riçard Kreqan, Bəhreyn Beynəlxalq Halqasının Əməliyyatlar üzrə direktoru Fayez Rəmzi Fayez, Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev, “Hilton Baku” hotelinin baş meneceri Todori Kalamaris, “Shah Palace” hotelinin baş meneceri Davut Furkan Emenin çıxış ediblər. 

Tədbiri giriş sözü ilə gənclər və idman naziri Azad Rəhimov açıb. Nazir çıxışı zamanı keçirilən yarışların ölkəyə verdiyi töhfələrdən danışıb. Rəhimov bildirib ki, bu yarışlar sayəsində idmançılarımızın təcrübəsi genişlənir, hər il Azərbaycan idmançılarının qazandığı medalların sayı artır: “Həm Bakıda, həm də regionlarda müasir idman kompleksləri tikilib. Biz bu gün də bu idman komplekslərindən istifadə edirik. Amma bəzi ölkələrdə vəziyyət heç də ürəkaçan deyil. Məsələn, Afina Olimpiya Oyunlarından sonra orada Olimpiya kəndi tamamilə dağılmış vəziyyətdədir. Eyni zamanda Rio-de-Janeyro olimpiadasından qısa bir müddət keçib, orada bir neçə stadion acınacaqlı, istifadəsiz və baxımsız vəziyyətdədir. Bizim işimiz ondan ibarətdir ki, bizdə tikilən idman infrastrukturları xalqımızın, gənclərin istifadəsinə verilsin. Su hovuzu kompleksindən 2 mindən çox insan istifadə edir. Eyni zamanda, stend atıcılığı kompleksinə idmançılar, Bakı sakinləri gəlirlər, bu da sevindirici haldır. Çimərlik oyunları kompleksi gözəl şəraitdə saxlanılıb və istifadə edilir. Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirilir. Hətta Voleybol üzrə Avropa çempionatı Milli Gimnastika Arenasında keçiriləcək. Bütün idman infrastrukturları insanlarımızın üzünə açıqdır. Orada çalışan insanlar da bu yarışlarda təcrübə qazanmış gənclərdir”. 

Bakı2017 səfirlərinin təqdimatı
© Photo : Baku2017 mətbuat mərkəzi

Nazir onu da qeyd edib  ki, bu yarışlar, həmçinin Azərbaycanda turizmin inkişafı üçün mühüm rol oynayıb:

“Şahmat olimpiadasında bizə əlavə 10 otaq lazım idi, lakin tapa bilmirdik, çünki hotellər qonaqlarla dolu idi. Bu tədbir həm də Azərbaycanın dünya xəritəsində yerini tapmağa kömək edir. Bir neçə il əvvəl Azərbaycanı o qədər də yaxşı tanımırdılar. İndi ən uzaq ölkələrdə də Azərbaycanı tanıyırlar. Bütün bunlar ölkədə keçirilən idman yarışlarının, mədəniyyət tədbirlərinin, qlobal forumların nəticəsidir”.

Konfransda eyni zamanda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışı zamanı deyib ki, ölkədə keçirilən beynəlxalq yarışların nəticəsində Azərbaycan turizminin inkişaf etməsi heç kimə sirr deyil. “Keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyondan çox olub. Məhz keçirilən beynəlxalq yarışlar ölkəmizi daha da tanıdır və bu da bizə daha çox turistin cəlb olunmasına şərait yaradır”. Nazir müavini onu da deyib ki, ölkədə turizmin inkişafı üçün bir çox layihələr həyata keçirilir.

Əlaqədar

İslam Oyunlarının maskotları təqdim olundu
İslam Oyunlarının səfirləri məlum oldu
İslam Həmrəyliyi Oyunlarına biletlər bu tarixdən satışda olacaq
İslam Oyunlarının ilk sponsoru bəlli oldu
Teqlər:
Milli Gimnastika Arenası, Afina Olimpiya Oyunları, İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans, Bəhreyn Beynəlxalq Halqası, Sergey Vorobyev, Nazim Səmədov, Nigar Arpadarai, Riçard Kreqan, Davut Furkan Emen, İlqar Vəliyev, Fayez Rəmzi Fayez, Todori Kalamaris, Azad Rəhimov, Afina, Rio-de-Janeyro, Azərbaycan, Bakı

Əsas mövzular