BAKI, 13 fev — Sputnik. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotları təqdim edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, "Bakı 2017"nin simaları olacaq.
Onlara "İncə" və "Cəsur" adları verilib. Hər iki at Oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq "Bakı 2017" tədbirlərinə rəng qatacaqlar.
© Photo : AISGOCBakı 2017 Oyunlarının Maskotları
Bakı 2017 Oyunlarının Maskotları
© Photo : AISGOC