18:24 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
3801

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək

BAKI, 17 avq — Sputnik. Qadın qrossmeysterlərdən ibarət Azərbaycan yığması 42-ci Ümumdünya Şahmat Olimpiadasına Qəbələdə hazırlaşır. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, son təlim-məşq toplanışında qadın şahmatçılarımız Gürcüstan komandası ilə yoxlama görüşündə iştirak ediblər.

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyev ilə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaqlar.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini 3 qadın komandası təmsil edəcək. Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edəcəklər.

Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Olimpiadanın oyunları "Baku Crystal Hall"da keçiriləcək.

Əlaqədar

Şahmat üzrə Azərbaycan komandalarının kapitanları müəyyənləşdi
Şahmat Olimpiadası barədə suallara "Şah Oğlan" cavab verəcək
Zeynəb Məmmədyarova: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"
"Erməni şahmatçıları Bakıya gəlsələr..."
Sputnik-in əməkdaşı şahmat turnirinin qalibi oldu
Teqlər:
Sərxan Quliyev, Fikrət Sideifzadə, qrossmeyster, Ümumdünya Şahmat Olimpiadası, şahmat

Əsas mövzular