BAKI, 17 avq — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 87-ci qurultayında iştirak etmək üçün Ermənistan nümayəndəsi Aşot Vardapetyan Azərbaycana gələcək. Bu barədə Sputnik-ə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
"Aşot Vardapetyan FİDE-nın məsul işçilərindən, eyni zamanda hakimlərdən biridir. Onun Azərbaycana gələcəyi məsələsi təsdiqlənib", — deyə vitse-prezident qeyd edib.
M. Məmmədov bildirib ki, Azərbaycan FİDE xəttilə gələcək, qeydiyyatdan keçmiş bütün nümayəndələri qəbul etməyə hazırdır.