02:48 02 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1901

Almaniya-Fransa yığmalarının qarşılaşması nəticəsində Avropa çempionatının sonuncu finalçısı müəyyənləşəcək

BAKI, 7 iyul — Sputnik. Bu gün futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi başa çatacaq. Sputnik xəbər verir ki, Almaniya ilə Fransa yığmaları arasında bu axşam keçiriləcək matçda ikinci finalçı müəyyənləşəcək.

Avropa birinciliyinin yarımfinalında ilk dəfə üzləşəcək bu komandalar, rəsmi oyunlarda 12 dəfə rəqib olublar və statistika fransızların xeyrinədir. AVRO-2016-nın meydan sahibi matçların yarısında qalib olub. Dörd oyun almanların qələbəsi ilə, 2 matç isə heç-heçə nəticələnib.

 

Beləliklə, 7 iyul, saat 23.00, Avropa çempionatının yarımfinal oyunu:

Almaniya — Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina

Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)

Marsel. Velodrom stadionu

 

Final oyunu iyulun 10-da keçiriləcək. Portuqaliya yığması Uelsə 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Əlaqədar

Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar
Avropa çempionatında Polşa Şimali İrlandiyaya qalib gəldi
Türkiyə Avropa çempionatına məğlubiyyətlə başladı
Avropa çempionatında azərbaycanlı və türkiyəli idmançılara qarşı böyük haqsızlıq
Teqlər:
Avro 2016, Avropa çempionatı, Fransa, final, Almaniya, futbol

Əsas mövzular