BAKI, 23 iyun — Sputnik. Avropa çempionatında qrup mərhələsinin son oyunları keçirilib. Sputnik xəbər verir ki, F və E qrupundakı qarşılaşmalardan sonra 1/8 finala çıxacaq bütün komandaların adına aydınlıq gəlib.
İlk olaraq F qrupunda İslandiya Avstriya, Macarıstan isə Portuqaliya ilə oynayıb. Son dəqiqə qolu ilə Avstriyanı məğlub edən İslandiya Macarıstanın ardınca ikinci yerin sahibi kimi 1/8 finala yüksəlib. Portuqaliya da bu sevinci yaşayan komandalardan olub. Ronaldo və dostları dramatik matçda Macarıstanla bərabərə qalaraq, yekunda 3 xalla 3-cü olub və ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə çıxıb.
E qrupunda isə liderliyi təmin etmiş İtaliyaya qalib gələn İrlandiya 4 xalla üçüncülüyü və 1/8 finala vəsiqəni təmin edib. Belçika isə İsveçi minimal hesablı məğlubiyyətə uğradaraq evlərinə yola salıb.
Beləliklə:
E qrupu
İtaliya — İrlandiya — 0:1
Qol: Bredi, 85
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lill. "Pyerr Morua" stadionu
İsveç — Belçika — 1:0
Qol: Naynqolan, 84
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. Şəhər stadionu
F qrupu
İslandiya — Avstriya — 2:1
Qollar: Bödvarsson, 18, Traustason, 90+4 — Şöpf, 60
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. "Stad de Frans"
Macarıstan — Portuqaliya — 3:3
Qollar: Gera, 18, Cucak, 47, 55 — Nani, 41, Ronaldo, 50, 62
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Şəhər stadionu