BAKI, 7 iyul — Sputnik. Bu gün futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi başa çatacaq. Sputnik xəbər verir ki, Almaniya ilə Fransa yığmaları arasında bu axşam keçiriləcək matçda ikinci finalçı müəyyənləşəcək.
Avropa birinciliyinin yarımfinalında ilk dəfə üzləşəcək bu komandalar, rəsmi oyunlarda 12 dəfə rəqib olublar və statistika fransızların xeyrinədir. AVRO-2016-nın meydan sahibi matçların yarısında qalib olub. Dörd oyun almanların qələbəsi ilə, 2 matç isə heç-heçə nəticələnib.
Beləliklə, 7 iyul, saat 23.00, Avropa çempionatının yarımfinal oyunu:
Almaniya — Fransa
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina
Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)
Marsel. Velodrom stadionu
Final oyunu iyulun 10-da keçiriləcək. Portuqaliya yığması Uelsə 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.