https://sputnik.az/20241118/nigar-mirzeliyeva-avropanin-diger-komandalarindan-teklifler-olsa-da-rusiyada-qalacagam-468855699.html
Nigar Mirzəliyeva: "Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam"
Nigar Mirzəliyeva: "Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam"
Sputnik Azərbaycan
Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib. 18.11.2024, Sputnik Azərbaycan
2024-11-18T23:49+0400
2024-11-18T23:49+0400
2024-11-18T23:49+0400
futbol
idman
zenit
sankt-peterburq
azərbaycanlı
qadın
gənc
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/12/468854633_0:133:1080:741_1920x0_80_0_0_48ef197499d12270aa84e732458bea44.jpg
BAKI, 18 noyabr — Sputnik. "Zenit"də ikinci ilimdir və artıq iki çempionluğum var. Çox gözəl hissdir". Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın "Zenit" futbol komandası ilə ölkə çempionu olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib. O bildirib ki, azərbaycanlı qadın futbolçunun ölkə xaricində çempion olması qürurverici məqamdır:23 yaşlı müdafiəçi karyerasını Sankt-Peterburq klubunda davam etdirəcəyini söyləyib:"Zenit"lə ikiillik müqaviləm var. Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam. Çünki burada özümü çox yaxşı hiss edirəm". Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib:Qeyd edək ki, Nigar Mirzəliyeva 2023-cü ilin yanvarından "Zenit"də çıxış edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/12/468854633_0:32:1080:842_1920x0_80_0_0_7c3e6a8d9087835256988e150b89d78e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, zenit, sankt-peterburq, azərbaycanlı, qadın, gənc, rusiya, azərbaycan
futbol, zenit, sankt-peterburq, azərbaycanlı, qadın, gənc, rusiya, azərbaycan
Nigar Mirzəliyeva: "Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam"
Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib.
BAKI, 18 noyabr — Sputnik. "Zenit"də ikinci ilimdir və artıq iki çempionluğum var. Çox gözəl hissdir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın "Zenit" futbol komandası ilə ölkə çempionu olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib.
O bildirib ki, azərbaycanlı qadın futbolçunun ölkə xaricində çempion olması qürurverici məqamdır:
"Bu, ölkəmizdə qadın futboluna marağı daha da artıracaq. Avropa klublarında uğur qazanaraq, azərbaycanlı gənc qızları bu idman növünə cəlb etmək istəyirik. Çempionluğa gəlincə, əzm və fədakarlıq hesabına qızıl medallara sahib çıxdıq. Düşünürəm ki, mənim də bu zəfərdə yetərincə payım var".
23 yaşlı müdafiəçi karyerasını Sankt-Peterburq klubunda davam etdirəcəyini söyləyib:
"Zenit"lə ikiillik müqaviləm var. Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam. Çünki burada özümü çox yaxşı hiss edirəm".
Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib:
"Hələlik bu barədə nəsə deyilməyib. Yəqin ki, sevindirici bir şey olar (gülür)".
Qeyd edək ki, Nigar Mirzəliyeva 2023-cü ilin yanvarından "Zenit"də çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.