https://sputnik.az/20241122/affa-uc-klubu-cerimeleyib-464891532.html
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
Sputnik Azərbaycan
AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb. 22.11.2024, Sputnik Azərbaycan
2024-11-22T15:02+0400
2024-11-22T15:02+0400
2024-11-22T15:02+0400
affa
idman
azərbaycan
affa icraiyyə komitəsi
affa-nın icraiyyə komitəsi
iclas
qəbələ
klub
baş məşqçi
liqa
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275311_0:77:2000:1202_1920x0_80_0_0_dad6ad72deba309d2cf087015d9696d4.jpg
BAKI, 22 noyabr — Sputnik. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq.Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb:“Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb”.AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb:"İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275311_147:0:1854:1280_1920x0_80_0_0_4890efeceea9721c4454b8defd9db2c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
affa, azərbaycan, affa icraiyyə komitəsi, affa-nın icraiyyə komitəsi, iclas, qəbələ, klub, baş məşqçi, liqa
affa, azərbaycan, affa icraiyyə komitəsi, affa-nın icraiyyə komitəsi, iclas, qəbələ, klub, baş məşqçi, liqa
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb.
BAKI, 22 noyabr — Sputnik. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq.
Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.
65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb:
“Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb”.
AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb:
"İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.