21:42 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (731)
3969 0 0

Həkim infeksionist Yevgeni Timakov COVID-19-un Hindistan ştammının niyə təhlükəli olması, peyvəndlərdən sonra xəstələnmə riski və pandemiyanın nə vaxt bitəcəyi barədə Sputnik-ə danışıb.

BAKI, 24 iyun - Sputnik. “Virus ehtimal olunduğundan daha sürətli mutasiyaya uğrayır. Əvvəllər virus bizim immun sərhədimizi keçə bilmirdi. Bəli, onlar patogen idi, ciddi kovidsonrası sindromlar yaradırdı, ancaq onlara əhalinin 30%-i həssas idi – bu virusla, hətta xəstələrlə sıx təmasda olarkən onlar yoluxmurdular. Bu, virusun xoşuna gəlmədi və o, öz xüsusiyyətlərini dəyişərək bizə adaptasiya olmağa qərar verdi”, - “Lider-təbabət” tibb mərkəzinin baş həkimi, tibb elmləri namizədi, infeksionist Yevgeni Timakov Sputnik agentliyinə müsahibəsində deyib.

Virus nə zaman dəyişdi

O izah edib ki, Uhan koronavirusu ötən ilin payızında dəyişməyə başlayıb. Əvvəlcə bu, daha təhlükəli və aqressiv Britaniya ştammına döndü və bütün dünyaya yayılmağa başladı. Virus əlverişli şəraitə düşdü. Sonra isə hər bir ölkənin öz mutasiyası başlandı.

“Epidemioloji cəhətdən əhəmiyyətli mutasiyalar Rusiyada da vardı – Sibir və Şimal-qərb ştammları əmələ gəldi. Ancaq onlar sonradan yayılmadı – o qədər də patogen əsaslı olmadı. İsti ölkələrdə - Braziliya, Cənubi Afrika, Hindistanda yaranan mutasiyalar isə o dərəcədə dəyişdi ki, çox təhlükəli oldu. Hazırda ən patogen ştamm Hindistan ştammıdır, onun artıq beş mutasiyası var”, - infeksionist deyib.

Doktor Timakovun sözlərinə görə, ən qorxulusu odur ki, Hindistan ştammı insanın immunitet baryerlərini aşa bilir, immunitetdən maskalanır və xəstəliyin klinik şəklini dəyişir. Virus özünü adi KRVİ kimi aparır, ancaq daha ciddi proseslərə səbəb olur.

COVID-i dayandırmaq əsasdır, yoxsa?

“Bəs onu necə dayandırmaq olar?” sualına Yevgeni Timakov belə cavab verib ki, əsas məsələ bu deyil, əsas məsələ - əhalinin çox olduğu yerlərdə, xüsusilə özü üçün rahat məkanlarda onsuz da hazırlıqsız olan immun hədlərini aşmağa başlayan daha ciddi ştammın yaranmasından qacınmaqdır.

“O insanlar immuniteti zəif olanlar, təkrar yoluxanlar, artıq koronavirus infeksiyasına qarşı immuniteti olanlardır. O isə həmin immunitetdən yan keçdi və o adamları yoluxdurdu. İndi görürük ki, Hindistanda delta ştammından başqa, artıq daha aktiv delta+ ştammı da yaranıb. İndi əsas məsələ ondan qorunmaq deyil, illər uzunu qorxu ilə yaşamamaq üçün ümumiyyətlə bu pandemiyanı necə bitirməkdir.  Bunun üçün insanların orqanizmində aktiv virusneytrallaşdırıcı anticisimlər formalaşdırılmalıdır”, - infeksionist əmindir.

COVID-19-un Hindistan ştammına yoluxmamaq üçün orqanizmdə aniticisimlərin sayı normadan beş dəfə çox olmalıdır, Timakov qeyd edir. Eyni zamanda o, antitelllərin sayı azalmamış peyvənd olunmağı məsləhət bilir.  Həkimin sözlərinə görə, anticisimlərin yüksək səviyyəsi olarkən də peyvəndlənmək olar, tədqiqat göstərib ki, bütün ölkələrdə və bütün platformalarda bu, təhlükəsizdir.

Anticisimləri ən yaxşı nə yaradır

Yevgeni Timakov ayrıca qeyd edib ki, “Sputnik V” çox effektivdir, o, anticisimləri xəstəlik keçirilən orqanizmlərdən dəfələrlə çox artıra bilir.

“Təkcə “Sputnik” deyil, bütün vaksinlər, platformalar xəstəlik keçirən orqanizmlərdən 1.3-1.5 dəfə çox virusneytrallaşdırıcı anticisim yarada bilir.  Vaksin orqanizmdə daha effektivdir, - mütəxəssis deyir. – Yoluxub sağalmaq, süni ventilyasiya aparatına qoşulmaq yox, postkovid sindromu daha qorxuludur. 50 yaşdan yuxarı adamlarda bu, hər hansısa formada var. O, qana, qan hüceyrələrinə, endotelilərə, damarlara, əsəb sisteminə, ümumiyyətlə, orqanizmimizə təsir edir.  Bunun hamısı koviddir. Və ona yoluxmamaq üçün yeganə dərman vaksindir”.

Vaksin özündə heç bir virus daşımır və ətrafdakılar üçün yoluxucu deyil, Timakov əlavə edib. Ancaq peyvənd olunmuş insanın orqanizmində birinci və ikinci peyvənd arasında virusneytrallaşdırıcı anticisim yaranmaya da bilər. Ona görə də o xəstələnə bilər. Bu, peyvənd olunmuş insanların bir qisminə - 2-30%-nə aiddir, ancaq bu, baş verə bilər.

“İki peyvənddən sonra da xəstələnmək olar, ancaq vaksin ciddi ağırlaşmalardan, xəstənin xəstəxanaya düşməsindən qoruyur. Məhz peyvənd olunmuş insanlarda simptomlar daha yüngül formada keçir, hətta elə olur ki, insan özündə kovid olduğunu heç bilmir də, - Yevgeni Timakov deyir. – Ancaq bu o demək deyil ki, virus orqanizmdə yoxdur. Əgər peyvəndlənmiş insan koronavirus infeksiyasına yoluxsa, yenə də ətrafdakılar üçün təhlükəli olacaq”.

Təbibin sözlərinə görə, Rusiya və keçmiş SSRİ-nin bir sıra ölkələri vaksinasiyada çox geri qalırlar – 10%-dən də çox insan peyvəndlənib.

Virusoloq bir sıra dövlətlərin hökumətlərinin vaksinasiyanın aktivləşdirilməsi üzrə apardığı tədbirləri doğru sayır.

Koronavirus pandemiyasına nəzarəti o zaman ələ almaq olacaq ki, ilkin vaksinasiya stabil aparılsın, Yevgeni Timakov deyir. Sonra isə virusneytrallaşdırıcı anticisimləri bir dəfəlik vaksin dozaları ilə dəstəkləyəcəyik. Ancaq onun fikrincə, buna ən azı iki il gərək olacaq.

“Virus tamamilə bizə adaptasiya olmağa məcbur olacaq, bizdə isə həmin vaxta qədər yaxşı kollektiv immunitet yaranacaq”, - doktor Timakov deyib.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (731)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksin, ştamm, Hindistan

Əsas mövzular